SON XƏBƏRLƏR

BMT nümayəndəsi: “Azərbaycanın nəzarətsiz ərazilərindən narkotiklərin daşınması üçün tranzit məqsədilə istifadə edilməsi prob...

2021.10.20, 07:36
BMT nümayəndəsi: “Azərbaycanın nəzarətsiz ərazilərindən narkotiklərin daşınması üçün tranzit məqsədilə istifadə edilməsi prob...

Gunaz.tv
BMT nümayəndəsi: “Azərbaycanın nəzarətsiz ərazilərindən narkotiklərin daşınması üçün tranzit məqsədilə istifadə edilməsi problemi mənə məlumdur” Bakı. İlhamə İsabalayeva - APA. “Azərbaycanın nəzarətsiz qalan ərazilərindən narkotik vasitələrin daşınması üçün tranzit məqsədilə istifadə edilməsi problemi mənə məlumdur. Azərbaycanın hökumət nümayəndələri ilə bu barədə danışıqlar aparmışam. Ancaq Ermənistan hökuməti ilə bu mövzuda konkret görüşüm olmayıb”. APA-nın məlumatına görə, bunu BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Azərbaycanda səfərdə olan Mərkəzi Asiya üzrə regional nümayəndəsi Ceyms Kallahan deyib. O bildirib ki, UNODC BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının bu məsələ ilə əlaqədar qəbul etdiyi bütün qətnamələri dəstəkləyir. C. Kallahan hazırda dünyada istehsal olunan tiryəkin 95%-nin Əfqanıstanın payına düşdüyünü də söyləyib. Onun sözlərinə görə, Əfqanıstanla qonşu olan ölkələrlə müqayisədə Azərbaycan narkotik vasitələrin satışından onlar qədər zərər çəkmir: “Amma Azərbaycan da zərər çəkə bilər və buna diqqəti artırmalıyıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar