SON XƏBƏRLƏR

Avropa türk lobbisini strateji təhlükə sayır

2021.10.20, 07:36
Avropa türk lobbisini strateji təhlükə sayır

Gunaz.tv
Aziz Kayğısız: "Avropa Birliyi heç vaxt Türkiyəni öz arasında görmək istəməyəcək" Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyacının sədri, 1983-88-ci illərdə Demokratik Millətçilər Partiyasının namizədi olaraq Qars şəhərinin deputatı olmuş Aziz Kayğısız deyir ki, ermənilər Dağlıq Qarabağı tərk etməyənədək Türkiyə-Ermənistan əlaqələrin qurulmasına qarşıdır. Çünki ermənilər tarix boyu Anadolu və Azərbaycanda böyük qətliamlar törədiblər: "1905-ci illərdən başlayaraq ermənilər miyonlarla türkü qətlə yetiriblər. İndi bunun üzərindən keçib rahatca əlaqələr qurmaq ən azı babalarımızın ruhuna təhqirdir. Mən özüm əslən Qərbi Azərbaycandanam. Ermənilərin 1918-ci ildə orada nələr etdiklərini atalarımız bizlərə danışırdılar. Ermənilər dünya sübut etmək istəyirlər ki, Osmanlı imperiyasının zamanında türklər onları soyqırıma məruz qoyublar. Ancaq onlar bizim ortaq tarix komissiyası yaratmaq təklifimizlə razılaşmadılar. İndi bunlar bizə gəlib deyirlər ki, gəlin bizim tariximızə sayğı göstərməklə əlaqələr quraq. Bəs bizim haqlarımız, Azərbaycan türklərinin haqqı harada qaldı. Əgər ermənilər bölgədə özlərini sivil bir toplum kimi aparsalar və qonşularına qarşı əsassız tarixi iddialardan əl çəksələr, sözsüz ki, bu əlaqələrin qurulmasında maraqlı olan insanlardan birincisi özüm olaram. Amma çox təəssüf ki, biz qarşı tərəfdən bunu görmürük. Türkiyə güclü dövlətdir. Regiona kifayət qədər təsirləri var. Ona görə də bu addımlar hesablanaraq Türkiyənin üzərinə gəlir. Amma tarix özü hər şeyə qiymət verəcək. Çünki regionda böyük bir türk toplumu yaşayır. Bu artıq illuziya yox, reallıqdır". Onun sözlərinə görə, Türkiyə Azərbaycanla bağlı siyasətində bəzi yanlışlıqlara yol verib: "Əgər Türkiyə-Ermənistan əlaqələri Azərbaycanın maraqlarına cavab vermədən qurularsa, sözsüz ki, bu münasibətlərə sərinlik gətirəcək. Buna getmək olmaz. Bu təhlükəli siyasətdir. Türkiyə-Azərbaycan ətlə dırnaqdır. "Bir millət iki dövlət" terminini unutmaq və yaddan çıxarmaq olmaz". Aziz Kayğısız hesab edir ki, Avropa Birliyi heç vaxt Türkiyəni öz arasında görmək istəməyəcək. Çünki Türkiyənin əhalisi çoxdur: "Onsuz da türklər Avropanın hər bir yerində yaşayırlar və lobbiləşirlər. Avropa siyasətçiləri strateji baxımdan bunu özləri üçün təhlükə sayırlar. Axı tarixin "Türk Fırtınası" dövrü olub. Bunu Avropa siyasətçiləri unutmayıblar və onlar Türkiyənin güclənməsini istəmirlər. Ona görə də Türkiyə Avropaya inteqrasiya etməklə Türk Dünyasında mövqələrini gücləndirməlidir". Sabiq deputat vurğulayıb ki, İranda demokratiya və insan hüquqları pozulur və despotizm sistemi bərqərar olub: "İran inqilabı ərəfəsində Ankara Universitetində təhsil alan tələbə dostlarım var idi. Onlar İran inqilabına böyük ümidlər bəsləyirdilər və Xomeyninin qatı tərədarı idilər. Onu təbliğ edirdilər. Sonucda nə oldu? Onların arzuladığı sistem qurulmadı və özləri qurduqları hakimiyyətə qarşı müxalifətə çevrildilər. Ancaq zorakılıq sistemilə qurulan dövlətin ömrü uzun olmayacaq".Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar