SON XƏBƏRLƏR

Azərbaycanlı Şirin Ebadi İranlı jurnalistin vəkili olacaq

2021.10.20, 07:36
Azərbaycanlı Şirin Ebadi İranlı jurnalistin vəkili olacaq

Gunaz.tv
Azərbaycanlı Şirin Ebadi İranlı jurnalistin vəkili olacaq Məşhur iranlı hüquq müdafiəçisi, Nobel sülh mükafatı laureatı, azərbaycanlı Şirin Ebadi İran əsilli amerikalı jurnalist Roksana Sabirinin vəkili olacaq. Lent.az-ın “Sky News”ə istinadən verdiyi məlumata görə, bununla bağlı Ebadiyə ABŞ-ın xeyrinə casusluqda ittiham edilərək barəsində 8 il həbs cəzası çıxarılan jurnalistin qohumları müraciət ediblər. Ebadi Sabiri üzərində keçirilən məhkəmə prosesinin qeyri-qanuni olduğunu bəyan edib. Onun fikrincə, qərar ölkə Konstitusiyasına ziddir. Hüquq müdafiəçisi qərardan şikayət verəcəyini bildirib. Xatırladaq ki, Roksana Sabiri 2009-cu ilin yanvarında həbs olunub. Onu jurnalist vəsiqəsinin müddəti 2006-cı ildə başa çatmasına baxmayaraq jurnalist fəaliyyəti ilə məşğul olmaqda və Qərb telekanallarına reportaj hazırlamaqda ittiham ediblər. Sabiri həm ABŞ, həm də İran vətəndaşıdır. Şirin Ebadi Nobel mükafatını 2003-cü ildə alıb. O, İranın ilk qadın hakimlərindən biri olub, sonradan vəkillik fəaliyyəti naminə hakimlik postundan imtina edib. 2008-ci ildə onun İrandakı hüquq-müdafiə mərkəzini bağlayıblar. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar