SON XƏBƏRLƏR

Metyu Brayza MHP-nin fikrini öyrənir

2021.10.20, 07:36
Metyu Brayza MHP-nin fikrini öyrənir

Gunaz.tv
Metyu Brayza MHP-nin fikrini öyrənir Oktay Vural: "Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymadan bu ölkəylə sərhədlər açılmaz "Azərbaycan yalnız Türkiyə üçün deyil, bütün Avrasiya üçün strateji önəm daşıyır" ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza və ABŞ-ın Ankaradakı səfiri Cames Ceffrey iki gün öncə axşam mətbuatdan gizli MHP-nin parlamentdəki deputat qrupunun rəhbəri Oktay Vuralla görüşüblər. Görüş Oktay Vuralın Böyük Millət Məclisindəki otağında baş tutub. "Milliyyət" qəzetinin yazdığına görə, görüşdə Ermənistan məsələsi müzakirə olunub, prezident Barak Obamanın Türkiyəyə səfərinə də toxunulub. Metyu Brayza görüşdə Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə məlumat verib. Metyu Brayza deyib ki, Azərbaycan və Ermənistan arasındakı bu münaqişənin çözümü istiqamətində önəmli məsafə qət edilib, ancaq yenə də atılması gərəkən addımlar var. Türkiyənin çözüm məsələsində gərəkən rolu oynamasını zəruri saydığını deyən amerikalı həmsədr MHP-nin məsələyə münasibətini ən yüksək səviyyədə dinləmək istədiklərindən belə bir görüşü vacib saydıqlarını dilə gətirib. MHP-nin Azərbaycan hakimiyyətilə yaxın münasibətlərdə olduğunu, bir anlamda açar rolu oynaya biləcəyini dilə gətirən Metyu Brayza vurğulayıb ki, MHP-nin və Türkiyə cəmiyyətinin Ermənistanla sərhədlərin açılmasıyla bağlı həssaslığını bilirlər və prosesləri diqqətlə izləyirlər. Oktay Vural öz növbəsində Ermənistanın həm Türkiyə, həm də Azərbaycana qarşı iddialarını davam etdirdiyini nəzərə çatdırıb. MHP-nin deputat qrupunun rəhbəri Ermənistanın əsassız soyqırım və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməsi, Türkiyənin sərhədlərini qəbul etməsi, Qarabağ və işğal edilmiş digər Azərbaycan torpaqlarından geri çəkilməsi gərəkliyini vurğulayıb. Onun sözlərinə görə, bu addımlar atıldığı halda sərhədlərin açılmasıyla bağlı müzakirələr aparıla bilər: "Öncə Türkiyə-Ermənistan sərhədini açaq, sonra Ermənistanın işğal altındakı torpaqlardan çəkilməsi şərtlərini müzakirə edək" kimi yanaşmalara qarşıyıq. "Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymadan bu ölkəylə sərhədlər açılmaz" Oktay Vural strateji baxımdan Azərbaycanın Ermənistandan daha önəmli olduğunu bildirib və Metyu Brayzaya xəbərdarlıq edib: "Azərbaycan yalnız Türkiyə üçün deyil, bütün Avrasiya üçün strateji önəm daşıyır. Enerji koridoru baxımından bu ölkənin küsdürülməsi yalnız Türkiyəni deyil, bu coğrafiyadakı bütün tarazlığı pozar. Avropa Birliyinin enerji ehtiyacları diqqətə alınmalıdır. "Ermənistanın istədiyini həyata keçirək" deyərək bölgənin sabitliyini və gələcəyini təhlükəyə atmayın".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar