SON XƏBƏRLƏR

Sərkisyan-Əhmədinejad öpüşü

2021.10.20, 07:36
Sərkisyan-Əhmədinejad öpüşü

Gunaz.tv
Sərkisyan-Əhmədinejad öpüşü Fars-molla rejimi qriqoryan ermənilərin Azərbaycan torpaqlarını işğal altından saxlamasına dəstək verir Ermənistanın ən çətin günlərində işğalçı dövlətə böyük köməklik göstərən iki dövlətdən birinin İran olması barədə dəfələrlə yazmış, bunun səbəblərini aydınlaşdırmağa çalışmışıq. İslam respublikası olan İranın xristian və işğalçı Ermənistanla qardaşlığı Azərbaycanda həmişə etirazla qarşılanıb, bu münasibətlərə kəskin etiraz bildirilib. Bütün bunlara baxmayaraq fars-erməni qardaşlığı yeni mərhələyə qədəm qoymaqdadır. Ermənistan prezidentinin İran səfəri, bir neçə müqavilənin imzalanması, eyni zamanda dəmiryol çəkilişilə əlaqədar əldə olan razılaşma belə demək üçün əsas verir. Yada salaq ki, İran və Ermənistan arasında tikiləcək dəmir yolu layihəsi üçün rəsmi İrəvan Tehrandan 400 milyon dollar dəyərində kredit alıb. Bu açıqlama ilə çıxış edən Ermənistan nəqliyyat naziri Qurgen Sarqisyanın sözlərinə görə, prezident Serj Sərkisyanın 14 apreldə reallaşan Tehran səfərində strateji dəmir yolu proyektinin tamamlanmasıyla əlaqədar razılaşma əldə edilib. Həmin vaxt Qurgen Sarqsyanla iranlı həmkarı Həmid Behbani ortaq layihəyə imza atıblar. Ermənistanın bundan başqa, Asiya İnkişaf Bankı, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla da görüşlərini davam etdirdiyini deyən erməni nazir 500 kilometr uzunluqdakı dəmir yolu inşaatı üçün 1,5-1,8 milyard dollar dəyərində vəsait lazım olduğunu bildirib. Qeyd edək ki, qatar yolunun 60 kilometri İrandan, 440 kilometri isə Ermənistandan keçir. Layihənin 5 ilə tamamlanması gözlənilir. Dəmiryolu Ermənistanın şimalında yerləşən Sevan şəhərini İranın Meğri şəhərinə bağlayacaq. Ermənistanla əlaqələri inkişaf etdirmək istəyən Tehran enerji, nəqliyyat və ticarət mövzularında da sıx əlaqələr yaradacaq. Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistanın dünyaya açıldığı digər ölkə isə Gürcüstandır. Ancaq ötən il ciddi şəkildə pozulan Moskva-Tiflis əlaqələri də İrəvana mənfi təsir göstərir. Ermənistan İran üzərindən xarici ölkələrə açılmaq istiqamətində alternativ bir proqram icra etmək cəhdində də bulunur. Rusiyanın da Ermənistana qatar yolu proyektinə dəstək verməsi gözlənilir. Ermənistan nəqliyyat nazirinin söylədikləri əslində bu gün düşmən ölkənin iqtisadi durumunun acınacaqlı olmasının növbəti göstəricisi sayıla bilər. Bədnam qonşularımız dəmiryolunun çəkilməsilə bağlı razılıq əldə etsə də, yolun Ermənistan ərazisindən keçəcək hissəsinin çəkilişini reallaşdırmaq üçün düşmən dövlətin yetərli maddi imkanları yoxdur. Ümumiyyətlə, Ermənistan qatar yolunun çəkilişindən daha çox ölkənin artıq çökmüş iqtisadiyyatını qurtarmaq haqqında düşünməlidir. Qlobal iqtisadi böhranın böyrü üstə qoyduğu dövlətlərdən biri də Ermənistandır və bu, son aylarda ölkə əhalisinin yaşayış səviyyəsinə ciddi təsir göstərib. Bədnam qonşumuzun ordusundan Azərbaycana keçən əsgərlərin etirafları bu ölkədə əhalinin vəziyyətinin rusca olması barədə dəqiq təsəvvür yarada bilər. Məlumat üçün bildirək ki, Ermənistan iqtisadiyyatında son vaxtlar baş verən hadisələrdən biri milli valyutanın devalvasiyasıdır. Belə ki, cari ilin ilk rübü ərzində dram 23 faiz ucuzlaşıb. Yəni ilin əvvəlində 1 dolların dəyəri 305 dram təşkil etdiyi halda, aprelin əvvəlinə bu göstərici artıq 375 drama çatıb. Xarici ticarət dövriyyəsinin 85-87 faizi idxalın payına düşdüyü bir ölkə üçün dramın devalvasiyası həddindən artıq mənfi təsirlidir, çünki birbaşa olaraq idxal olunan malların qiymətini ən azı həmin səviyyədə, yəni devalvasiya tempinə uyğun artırır. Digər tərəfdən, ixrac baxımından çox zəif olan belə bir ölkənin hazırda dünya iqtisadi böhranına qarşı davamlılığı da çox aşağı səviyyədədir. Böhranın ikinci dalğasının iqtisadiyyatı zəif olan ölkələrə təsirini də nəzərə alsaq, situasiyanın kritik olduğunu əminliklə söyləyə bilərik. Ümumiyyətlə, həm Ermənistanın nəqliyyat nazirliyinin söylədikləri, həm də sadaldığımız faktlar sübuta yetirir ki, əslində dəmiryolu layihəsinin gerçəkləşməsi sual altındadır. Ermənistanın lazım olan vəsaiti tapmaması səbəbindən dəmiryolunun bu ölkədən keçən hissəsinin tikintisində ciddi problemlər yaranacağı istisna olunmur. Yuxarıda qeyd edildiyi kimi, dəmiryolu inşasının başa çatması üçün 1,5-1,8 milyard dollar vəsait lazımdır. Ermənistan fars qardaşlarının köməkliyilə cəmi 400 milyon dollar kredit əldə edə bilib, qalan məbləğin haradan əldə ediləcəyi isə bir qədər şübhəlidir. Doğrudur erməni nazir məbləği beynəlxalq təşkilatlar vasitəsilə əldə edəcəklərinə ümidli olduğunu söyləyib. Ancaq qlobal maliyyə böhranının yaxın zamanlarda aradan qalxmayacağına dair xarici ölkə ekspertlərinin proqnozlarını nəzərə alsaq, maliyyə ayıra biləcək təşkilatların beynəlxalq çəkisi və əhəmiyyəti olmayan layihəyə yardım, yaxud kredit ayıracağı bir qədər şübhəli görsənir. Digər maraqlı məqam isə ondan ibarətdir ki, gerçəkləşməsi planlaşdırılan layihənin bir tərəfində İranın durması kredit verilməsi işini düyünə sala bilər. O da mümkündür ki, İran hökuməti krediti Ermənistana ölkə iqtisadiyyatını bir balaca dirçəltmək üçün yardım şəkilində ayırıb, sadəcə olaraq bu dəmiryolu tikintisi üçün verilmiş kredit kimi rəsmiləşdirilib. Bütün variantları nəzərdən keçirdikdə, indiki məqamda layihənin reallaşmasının mümkün olmadığı qənaəti formalaşır. Fikrimizcə, dəmiryolunun yaxın 5 ildə tikilməsi prespektivi bir qədər şübhəlidir. Hətta layihənin reallaşacağı təqdirdə də Ermənistan və İranın bu dəmiryolu vasitəsilə milyardlar qazanacağı mümkün deyil. İranla Ermənistan arasında yüksək səviyyədə əlaqələr indi də mövcuddur, gediş-gəlişə də söz ola bilməz. Dəmiryolunun tikintisinin başa çatması ilə sadəcə bu gəliş-gediş daha intensivləşə bilər, bundan o yana nəyəsə ümid etmək yersizdir. Əgər bu layihə Ermənistanın Avropaya çıxışını təmin etsəydi, belə olan halda ermənilər üçün faydalı nəticələrdən danışmaq olardı. Amma məlum olduğu kimi, bu layihə nəinki Ermənistanın Avropaya çıxışını təmin edir, əksinə ABŞ və Avropa ölkələri ilə kəskin konfliktdə olan İrana çıxışı yaxşılaşdırmaqla Ermənistanın mövqelərinə hətta zərbə də vurur. Bu məqamda haqlı bir sualın ortaya çıxması təbiidir- reallaşması çətin görünən və ciddi səmərə verməyəcək dəmiryolunun tikintisi nə üçün lazımdır? Bu sualın cavabında hər iki tərəfin imitasiya ilə məşğul olduğunu söyləyə bilərik. Həm Ermənistan, həm də İran dünyadan demək olar ki, təcrid olunub. Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Rusiya-Gürcüstan müharibəsindən sonra bu dövlətin sərhədlərinin bağlanması düşmən ölkəni daha da çətin vəziyyətə salıb. Təcrid vəziyyətində qalan Ermənistanda bu dəmiryoluna bəlkə də ümidlə baxırlar. Ermənistan hakimiyyəti isə güman edirik ki, vəziyyəti yaxşı başa düşür, sadəcə dünyadan təcrid olunmadığı fonu yaratmaq istəyir. Ola bilsin ki, Ermənistan rəhbərliyi hətta dəmiryolunun əhəmiyyətindən dəm vurmaqla ölkədəki narazı kütləni də bir qədər sakitləşdirmək istəyindədir. İranın hansı səbəblərdən dünyadan təcrid edilməsi barədə isə düşünürük ki, uzun-uzadı danışmağa ehtiyac yoxdur. İranın ABŞ və Avropa ilə münasibətlərinin hansı səviyyədə olması hər kəsə bəllidir. Regionda həyata keçirilən bütün əhəmiyyətli layihələrdən Ermənistanla yanaşı İran da kənarda qalıb. İndi İranın dəmiryolu layihəsinin həyata keçirilməsi üçün ciddi səy göstərməsi, maliyyə ayırması konfliktdə olduğu ölkələrə özünü göstərməkdən başqa bir şey deyil. Bu təxminən küsüşən uşaqların bir-birinin acığına hansısa addım atmasına bənzəyir. Səlcuq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar