SON XƏBƏRLƏR

Avropada “erməni mafiyası” həyəcanı

2021.10.20, 07:36
Avropada “erməni mafiyası” həyəcanı

Gunaz.tv
Avropada “erməni mafiyası” həyəcanı Avstriya və Çexiyada 50 nəfərlik mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib Avstriya və Çexiyanın güc strukturları əsasən Ermənistan vətəndaşlarından ibarət olan böyük cinayətkar dəstəni zərərsizləşdiriblər. Lent.az-ın “OTS” agentliyinə istinadən verdiyi məlumata görə, qruplaşma çoxsaylı qarətlərdə, qətllərdə və oğurluqlarda şübhəli bilinir. Bandaya 50 nəfər daxil olub. Onlar daha çox Çexiya ərazisində kriminal fəaliyyətlə məşğul olublar. Polis əməkdaşları bildirirlər ki, “erməni mafiyası”nın fəaliyyətinin əsas istiqamətlərindən biri “reketçilik” olub. Cinayətkarlar öz həmyerliləri arasında varlı şəxsləri müəyyən edərək sonra “müdafiə” üçün onlardan pul tələb edirmişlər. Qruplaşma hər adama görə 50-500 avro tələb edirmiş. Amma onların 1 adama görə 5 min avro tələb etdikləri də olub. Pulu verməkdən imtina edənlər döyülürmüşlər. Avstriyada qruplaşmanın öhdəsində ən azı 100 mağazanın qarəti var. Ümumi ziyanın 40 min avroya çatdığı bildirilir. Güc strukturları müəyyən ediblər ki, qruplaşma üzvləri ən azı 2 qətl törədiblər, bir neçə dəfə qətlə cəhd göstəriblər. Bir nəfər səhvən öldürülüb: qatil onun maşınını potensial qurbanın maşını ilə səhv salıb. Qruplaşmaya Andranik S. adlı şəxs rəhbərlik edib. O və bir neçə dostu 2009-cu ilin martında bir neçə qətl, eləcə də cinayətkar fəaliyyətdə ittiham edilərək həbs olunublar. Bəzi mənbələr söhbətin “Zap” ləqəbli “qanuni oğru” Andranik Soqoyandan getdiyini bildirirlər. “Zap” 1994-cü ildə Moskvada “qanuni oğru” elan edilib. 2006-cı ildə Soçidə həbs olunan Soqoyan Rusiya ərazisində qanunsuz yaşadığına görə Ermənistana deportasiya edilib. Onun cinayətləri sübuta yetirilsə, barəsində 25 il həbs qərarı çıxarıla bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar