SON XƏBƏRLƏR

GUNEY azərbaycanlilarin İRAN_ERMENİSTAN dəmir yolu prujəsilə bağlı etirazların qarşisi Alınir

2021.10.20, 07:36
GUNEY azərbaycanlilarin İRAN_ERMENİSTAN dəmir yolu prujəsilə bağlı etirazların qarşisi Alınir

Gunaz.tv
Aprelin 24-26-da İran-Ermənistan qardaşlığına, xüsusən İrandan Ermənistana çəkiləcək dəmiryolu xəttinin Güney Azərbaycan ərazisindən keçməsinə etiraz olaraq aksiya keçirmək istəyən soydaşlarımıza qarşı ciddi təqib və təziqlər başlayıb. Belə ki, ETTELAAT və İranın digər xüsusi xidmət orqanlarının əməkdaşları aksiyaya çağırış üçün istifadə edilən vərəqələrin yayılmasına imkan vermir, bu cür vərəqələri yazanlara qarşı təzyiqlər göstərilir. Xatırladaq ki, etiraz aksiyası keçirmək ideyası Ermənistan prezidenti Serj Sərkisyanın İrana rəsmi səfəri, həmin səfər zamanı ona çox isti münasibət göstərilməsindən sonra ortaya çıxıb. Cənubi Azərbaycanda yaşayan türklər İran-Ermənistan münasibətlərinə qarşıdır. Onlar xüsusən Ermənistana çəkiləcək dəmiryolu xəttinin Güney Azərbaycan ərazilərindən keçməsinə qarşıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar