SON XƏBƏRLƏR

"Yol xəritəsi" onu göstərir ki, Ermənistanla Türkiyənin əldə etdiyi normallaşdırma kursu davam edəcək

2021.10.20, 07:36
"Yol xəritəsi" onu göstərir ki, Ermənistanla Türkiyənin əldə etdiyi normallaşdırma kursu davam edəcək

Gunaz.tv
Politoloqlar hesab edirlər ki, Türkiyənin son bəyanatı Ermənistanla aparılan danışıqlarda nəticə əldə edildiyini deməyə əsas verir Türkiyə və Ermənistanla münasibətlərin normallaşması müəyyən addımlar tələb edir və bu addımlara Qarabağ münaqişəsinin həlli də daxildir. Bu barədə ANSPRESS-ə politoloq Rasim Musabəyov Türkiyə ilə Ermənistan arasında "yol xəritəsi"nin hazırlanmasını şərh edərkən bildirib. Politoloqun fikrincə, Türkiyə əbədi olaraq Ermənistanla düşmənçilik etmək niyyətində deyil, amma münasibətlərin normallaşması müəyyən addımlar tələb edir. Politoloq R. Ağayev isə hesab edir ki, "yol xəritəsi" onu göstərir ki, aparılan danışıqların siyasi nəticəsi var və Ermənistanla Türkiyənin əldə etdiyi normallaşdırma kursu davam edəcək. “Türkiyə və Ermənistan İsveçrədə uzun müddət gizli danışıqlar aparırdılar və bütün bu addımlar, Abdulla Gülün futbol diplomatiyası və bununla bağlı Türkiyənin fəallığı, Türkiyə və Ermənistan münasibətlərinin yumşalması gizli danışıqlarla bağlı idi. Azərbaycan və Türkiyə arasında olan narazılıq nəticəsində Türkiyə bu danışıqları açıqladı və dedi ki, bütün danışıqlar haqqında Azərbaycanın xəbəri var idi”- deyə politoloq bildirib. Ermənistanla münasibətlərin normallaşması ilə sərhədlərin açılması məsələsinə münasibət bildirən R. Ağayev hesab edir ki, sərhədlər çox güman ki açılacaq. Politoloqun fikrincə bu məsələnin arxasında ABŞ durub və Türkiyə bundan qaça bilməz: “Ermənistan prezidenti Serj Sarkisyan Moskvadan qayıtdıqdan sonra Moskvanın hansı mövqe tutması bəlli olacaq və Azərbaycan və Türkiyə prezidentlərinin görüşündən sonra bu məsələnin nə vaxt olacağını konkret demək olacaq. Hələ ki, tərəflər münasibətlərin normallaşması ilə razılaşıblar”- deyə R. Ağayev qeyd edib. R. Musabəyovun fikrincə, Türkiyənin baş naziri açıq şəkildə bildirib ki, Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan, Ermənistan Azərbaycan torpaqlarından çıxmadan sərhədlər açılmayacaq: “Sərhədlərin açılması məsələsi aprelin 28-də Türkiyə Təhlükəsizlik Şurasında müzakirə olunacaqsa da, orada Türkiyənin ordu komandirləri durur və onlar bu məsələdə ölkə prezidentindən və baş nazirdən də daha sərt mövqedədirlər". Ağayev hesab edir ki, o, birtərəfli sərhədlərin açılmasını gözləmir. "Ola bilsin ki, Türkiyə təcrübədən keçirilmiş üsuldan istifadə etsin. Yəni gəliş-gediş genişlənə bilər". Ermənistan prezidentinin Rusiyaya səfərinə gəlincə, politoloq R. Musabəyov hesab edir ki, bu səfər Rusiyadan məsləhət almaq xarakteri daşıyır. “Sarkisyan müstəqil adam deyil. Dünyəvi qüvvələrin, Rusiyanın alətidir. Əlbəttə burda Moskvanın da deyiləsi sözü var” – deyə, Ağayev bildirib. Onun fikrincə, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması rəsmi Moskvanın maraqlarına uyğun gəlmir. “Əgər sərhədlər açılarsa, Türkiyə malları Ermənistana gedəcək, ermənilər işləmək üçün Türkiyəyə gedəcəklər və nəticədə Ermənistan Rusiyadan uzaqlaşacaq”. Xatırladaq ki, aprelin 22 –si Ermənistan və Türkiyənin xarici işlər nazirlikləri, eləcə də İsveçrənin xarici işlər departamenti bir qədər açıqlama ilə çıxış ediblər. Açıqlamada bildirilir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı danışıqlar prosesində «yol xəritəsi» hazırlanıb. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, Türkiyə və Ermənistan, İsveçrənin vasitəçiliyi ilə ikili münasibətləri normallaşdırmaq, yaxşı qonşuluq və qarşılıqlı hörməti inkişaf etdirmək məqsədilə səy göstərməkdədirlər və bununla da regionda sülh, sabitlik və təhlükəsizliyi möhkəmləndirməyə çalışırlar. Türkiyə xarici siyasət idarəsi bəyan edib ki, son vaxtlar Ermənistanla qarşılıqlı anlayışa nail olunub və münasibətlərin hər iki tərəfi razı salacaq normallaşması üçün işlər görülüb. Nazirlik hesab edir ki, hazırlanmış «yol xəritəsi» davam edən danışıqlar prosesi üçün perspektiv yaradır. Qeyd edək ki, açıqlama yayılmamışdan əvvəl Türkiyənin xarici işlər naziri Əli Babacan, baş nazir Rəcəb Tayyip Ərdoğanla üç saatlıq görüş keçirib. Kəmalə Ramazanova/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar