SON XƏBƏRLƏR

“SEPAH”ın KEÇMİŞ KOMANDANI PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRDÜ

2021.10.20, 07:36
“SEPAH”ın KEÇMİŞ KOMANDANI PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRDÜ

Gunaz.tv
“SEPAH”ın KEÇMİŞ KOMANDANI PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRDÜ Möhsün Rzayi İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü olan general Möhsün Rzayi aprelin 22-də bəyanat yayaraq iyunun 12-də keçiriləcək prezident seçkisinə qatıldığını rəsmən açıqlayıb. M.Rzayi seçkiyə müstəqil namizəd kimi qatıldığını bildirib. O, qalib gələcəyi təqdirdə mühafizəkar qüvvələrin nümayəndələrindən ibarət koalisiya hökuməti qurmağa cəhd göstərəcəyini söyləyib. M.Rzayi seçkiqabağı platformasını bir neçə gün sonra keçirəcəyi mətbuat konfransında açıqlayacağını vəd edib. M.Rzayi mühafizəkarlar qanadından namizədliyini irəli sürən ilk namizəddir. Mühafizəkarlardan indiki prezident Mahmud Əhmədinejadın da seçkiyə qatılacağı gözlənir. İslahatçılar qanadından bu günədək üç nəfər namizədliyini irəli sürüb: keçmiş baş nazir Mirhüseyn Musəvi, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi, keçmiş deputat Əkbər Ələmi. M.Musəvi və Ə.Ələmi azərbaycanlıdır. M.Rzayi “Sepah”ın ilk rəhbəri olub. O, islam inqilabından sonra 15 ildən çox bu quruma komandanlıq edib. Sonralar bir müddət Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri olub. “Sepah”ın hazırkı rəhbəri general Məhəmmədəli Cəfəridir. Sistemin Məsləhətini Müəyyənləşdirən Quruma isə hazırda keçmiş prezident Haşimi Rəfsəncani rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar