SON XƏBƏRLƏR

Vaşinqton, Ankara və İrəvana dəstək verdi

2021.10.20, 07:36
Vaşinqton, Ankara və İrəvana dəstək verdi

Gunaz.tv
Vaşinqton, Ankara və İrəvana dəstək verdi ABŞ Dövlət Departamenti: «Ermənistan və Türkiyəni razılaşdırılmış plan və çərçivələrə uyğun hərəkət etməyə çağırırıq» ABŞ Dövlət Departamenti Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması ilə bağlı bəyanatını dəstəkləyib. Qurum bildirir ki, Ağ ev münasibətlərin normallaşdırılması üçün ilkin şərtlərin irəli sürülməməsinə və prosesin ağlabatan zaman kəsiyində cərəyan etməsini vacib sayır: «Biz Ermənistan və Türkiyəni razılaşdırılmış plan və çərçivələrə uyğun hərəkət etməyə çağırırıq». Dövlət Departamentinin bəyanatında o da deyilir ki, Birləşmiş Ştatlar, münasibətlərin normallaşdırılması ilə bağlı hər iki ölkənin hökumətləri ilə işləmək və bununla da regionda sülh, təhlükəsizlik və sabitliyə yardım göstərmək niyyətindədir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar