SON XƏBƏRLƏR

Serj Sarkisyan və Dmitri Medvedev bu gün Dağlıq Qarabağ münaqişəsindən danışacaqlar

2021.10.20, 07:36
Serj Sarkisyan və Dmitri Medvedev bu gün Dağlıq Qarabağ münaqişəsindən danışacaqlar

Gunaz.tv
Serj Sarkisyan və Dmitri Medvedev bu gün Dağlıq Qarabağ münaqişəsindən danışacaqlar «Moskva qarşılıqlı razılıq əsasında həll variantının tapılmasında Bakı və İrəvana lazımi yardımı göstərməkdə davam edəcək» Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvada Rusiyanın dövlət başçısı Dmitri Medvedevlə görüşəcək. Rusiya mətbuatının Kremldəki mənbəyə istinadən yaydığı məlumata görə, dövlət başçılarının görüşünün gündəliyində Rusiya-Ermənistan əlaqələri ilə bağlı məsələlər, qlobal maliyyə böhranının qarşısının alınması yolları, Cənubi Qafqazdakı vəziyyət və bir sıra aktual beynəlxalq problemlər müzakirə ediləcək. Danışıqların mərkəzi mövzusunu ticarət-iqtisadi sahədə əlaqələrlə bağlı məsələ tutacaq. Rusiya Ermənistanın xarici iqtisadi və investisiya müttəfiqləri arasında birinci yeri tutur. 2008-ci ildə iki ölkə arasında mal dövriyyəsi 899,9 milyon dollar təşkil edib. Ermənistan iqtisadiyyatında Rusiya sərmayəsinin payı 1,8 milyard dolları ötüb. Rusiya sərmayələri əsasən energetika, bank, dağ metallurgiyası, tikinti sektoru və rabitə sahələrinə yatırılıb. Görüşdə energetika sahəsində əməkdaşlığa da xüsusi yer ayrılacaq. Danışıqların prioritet istiqamətlərindən biri də Ermənistanın dəmir yolu infrastukturunun kompleks müasirləşdirilməsidir. Bundan başqa, Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr də aparacaqlar. İTAR-TASS agentliyinin Kremldəki mənbəyə istinadən yaydığı məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həlli ilə bağlı prinsipial mövqeyi dəyişməzdir: Moskva qarşılıqlı razılıq əsasında həll variantının tapılmasında Bakı və İrəvana lazımi yardımı göstərməkdə davam edəcək. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar