SON XƏBƏRLƏR

MƏDƏN SƏNAYESİ İŞÇİLƏRİ ƏHMƏDİNEJADA QƏZƏBLƏNİBLƏR

2021.10.20, 07:36
MƏDƏN SƏNAYESİ İŞÇİLƏRİ ƏHMƏDİNEJADA QƏZƏBLƏNİBLƏR

Gunaz.tv
MƏDƏN SƏNAYESİ İŞÇİLƏRİ ƏHMƏDİNEJADA QƏZƏBLƏNİBLƏR İranın mədən sənayesi işçiləri və şaxtaçılar birgə bəyanat yayaraq prezidentə etiraz sərgiləyiblər. Mahmud Əhmədinejad iki gün əvvəl çıxışlarının birində xuliqanları və dələduzları cəzalandırmaq üçün mədənlərə göndərməyə çağırmışdı: “Qoy orada işləyib adam olsunlar”. bəyanatı imzalayan mühəndislər və şaxtaçılar Əhmədinejadın sözlərini özlərinə qarşı təhqir saydıqlarını bildiriblər: “Xuliqanlar və dələduzların tənbeh edilməsi üçün mədənlərə göndərilməsi ideyası bu sahədə çalışan mühəndislər və şaxtaçılar üçün təhqirdir. Mədən sənayesində işləyənlər belə münasibətə layiq deyil”. Bəyanat müəllifləri prezidentin bir qrup zəhmətkeş vətəndaşın peşəsinə bu tərzdə baxmasından təəccübləndiklərini vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar