SON XƏBƏRLƏR

İlham Əliyev:"Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz"

2021.10.20, 07:36
İlham Əliyev:"Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz"

Gunaz.tv
İlham Əliyev:"Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz" Prezident Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlığın mümkün olmadığını bildirib «2009-cu il Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlanması ilidir». Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda deyib. Prezident bildirib ki, son beş il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf edib və Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcək. «Bu, böyük nailiyyətdir. Ölkəmiz son beş il ərzində böyük yol keçə, böyük uğurlar əldə edə bilib. İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artıb. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşüb, büdcə xərcləri 10 dəfədən çox artıb. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanıljb. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atjlıb və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq». Prezident bütün dünyanı bürüyən iqtisadi böhranada toxunub. O, hər bir ölkənin böhranın bu və ya digər formada bu böhrandan əziyyət çəkdiyini qeyd edib. «Bütövlükdə əgər dünya xəritəsinə baxsaq görərik ki, əksər ölkələrdə iqtisadi inkişaf dayanıb, yaxud da iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür, tikinti dayanır. Ölkələrin milli valyutasının qiymətdən düşməsi nəticəsində kütləvi şəkildə müflisləşmə prosesi gedir, kütləvi şəkildə işsizlik yaranır. Yəni bütün bu xoşagəlməz amillər, demək olar ki, bütün dünyada özünü büruzə verir. Azərbaycanın iqtisadi inkişafı isə 2009-cu ilin birinci rübündə uğurlu olub. Böhrana baxmayaraq, birinci üç ayda Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artıb. Hesab edirəm ki, böhranlı il üçün bu, çox böyük nəticədir». Dövlət başçısı ilin ilk rübü ərzində Azərbaycanın ixracının 20 faizdən çox, Azərbaycana qoyulan investisiyaların həcminin 15 faiz, əhalinin pul gəlirlərinin 20 faizdən çox, orta əmək haqqının isə 20 faizdən çox artdığını qeyd edib. «Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır. Ölkəmiz iqtisadi inkişaf baxımından istənilən məsələni həll edə bilər. Əgər belə olmasaydı, dünyanın ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Əgər belə olmasaydı, Azərbaycan şəffaflıq sahəsində əldə edilmiş uğurlara görə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təltif edilməzdi». Dövlət başçısı bu yaxınlarda qəbul olunmuş və növbəti beş ili əhatə edən inkişaf proqramı barəsində məlumat verib və bildirib ki, proqram çox ciddi sənəddir. «Bir daha bunu demək istəyirəm ki, biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın». Prezidentin sözlərinə görə, Azərbaycan müstəqil siyasət aparır və ölkənin bölgədəki təsir imkanları artır. «Bunu biz özümüz, öz siyasətimizlə, öz cəsarətli addımlarımızla təmin etmişik. Ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir. Bu gün bölgədə gedən proseslər, əlbəttə ki, Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq. Bu gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə, bizim maraqlarımızla hesablaşırlar və o ölkədir ki, bölgədə sabitləşdirici rolunu oynayır və bu rol getdikcə artmaqdadır. Əgər kiməsə bu, aydın deyildisə, hesab edirəm ki, indi bölgənin imkanları ilə tanış olan hər bir kəsə bu, açıq-aydın bəllidir. Əlbəttə ki, bizim həm siyasi çəkimiz, həm iqtisadi gücümüz, həm də mühüm ölkə kimi önəmimiz artdıqca, təsir imkanlarımız da genişlənəcək. Regional əməkdaşlıq məsələlərində Azərbaycan həmişə çox konstruktiv rol oynamışdır. Həmişə çalışmışdır ki, bütün ölkələrlə yaxşı münasibətlərdə olsun və öz milli maraqlarını maksimum dərəcədə təmin edə bilsin». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar