SON XƏBƏRLƏR

MÜHAFİZƏKARLAR SEÇKİYƏ VAHİD NAMİZƏDLƏ GEDİR?

2021.10.20, 07:36
MÜHAFİZƏKARLAR SEÇKİYƏ VAHİD NAMİZƏDLƏ GEDİR?

Gunaz.tv
MÜHAFİZƏKARLAR SEÇKİYƏ VAHİD NAMİZƏDLƏ GEDİR? Qulaməli Həddad Adil İran parlamentinin sabiq sədri Qulaməli Həddad Adil bu gün jurnalistlərlə söhbətində mühafizəkarların iyunun 12-də keçiriləcək növbəti prezident seçkisinə vahid namizədlə qatılacağını deyib. Həddad Adil mühafizəkarlar arasında hər hansı bir fikir ayrılığı olmadığını vurğulayıb. İran parlamentinin sabiq sədri mühafizəkarların seçkiyə bir neçə namizədlə qatılacağı ehtimalını da rədd edib: “Mən təkidlə bildirirəm ki, mühafizəkarlar seçkiyə vahid namizədlə qatılacaq”. Həddad Adil vahid namizədin hazırkı prezident Mahmud Əhmədinejad olub-olmayacağı barədə hər hansı açıqlama verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar