SON XƏBƏRLƏR

Elnur Həsən Mikail: “Qafqaz’da Rusiya’nın maraqları isə Böyük Pyotrun vəsiyyətindən e’tibarən mövcuddur . MÜSAHİBƏ

2021.10.20, 07:36
Elnur Həsən Mikail: “Qafqaz’da Rusiya’nın maraqları isə Böyük Pyotrun vəsiyyətindən e’tibarən mövcuddur . MÜSAHİBƏ

Gunaz.tv
Elnur Həsən Mikail “Qafqaz’da Rusiya’nın maraqları isə Böyük Pyotrun vəsiyyətindən e’tibarən mövcuddur Bu gün Türkiyə-Azərbaycan arasında münasibətləri o qədər də yaxşı deyil. Türkiyə-ermənistan sərhəd məsələsi ortaya çıxandan sonra hər iki qardaş münasibətlərin soyuqlaşması, türk dünyasınn birliyinə və inteqrasiyasına maneçilik yaradır. Belə bir siyasət ortada olması iki ölkəyə sərf edə bilməz və ona görədə insanlarda narahatçılıq yaradır. Bu və ya digər suaların cavabını almaq üçün Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinin “Turan“ Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Həsən Mikaillə müsahibəsi - Elnur bəy xoş gordük sizi, Türkiyə-Azərbaycan münasibətlərini yaxından izləyən bir ekspert olaraq neçə düşünürsünüz indiki vəziyyətdə Türkiyə-Azərbaycan arasında münasibətlərin belə davam etməsi ola bilərmi ki, Cənubi Qafqazda cərəyan edən proseslər Rusiyanın təsir dairəsinə keçsin? Xoş Gördük. Bilirsiniz, Türkiyə Ermənistan yaxınlaşması və Türkiyə ilə Azərbaycan arasındakı problemlərin ortaya çıxması zenci Amerikan başqanı Barak Obama’nın Türkiyə’ni ziyarəti ilə başladı. Obama hələ seçilməzdən əvvə l də qondarma soyqırımı iddiasını tanıyacağını dəfələrcə mətbuat və medyada dilə gətirmişdir. Türkiyə isə NATO ölkəsidir ve Amerika’ya milyardlarca dolar borcu olan bir ölkədir, eyni zamanda Amerika’nın müttefiqidir. Buna görə də Amerika’nın sözündən çıxa bilməzdi ve Obama “sərhədləri açın” dedi ve qalmaqal qopdu. Ancaq daha sonra Türkiyə’de xalq rə’yi akp iqtidarına üstün gəldi və akp iqtidarı da xalqın bu haqlı rə’yi ilə barışmağa mecbur qaldı. Dünənki Nazirler Qurulu toplantısında dövlət naziri Cəmil Çiçek açıqladı ki, Qarabağ problemi həll edilmədən sərhədlər açılmayacaqdır. Bu Türkiyə iqtidarının da öz sehvini anladığı mə’nasına gəlir. Azərbaycan’dan gələn xanım millətvəkillərimizin də bu mövzuda böyük rolları olmuşdur. Onların bir anlıq yuxuya gedən Türk xalqını ve akp iqtidarını getdikləri yuxudan ayıltmağa nail oldular. Qafqaz’da Rusiya’nın maraqları isə Böyük Pyotrun vəsiyyətindən e’tibarən mövcuddur. - Bir neçə gün bundan öncə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Rusiya səfəri oldu önəmli açıqlamalar verildi bu səfərin Qarabağ münaqişəsinin həllində müsbət təsiri ilə bağlı fikirlərinizi bilmək istərdik. Rusiya’nın post məkanı olan Ermənistan’dan məncə Qarabağ’ı müharibəsiz almaq mümkün olmayacaqdır. Çünkü bu torpaqlar müharibə ilə uduzulub Ermenilərə və onların himayədarları olan Ruslara. Buna görə Rusiya ilə Azərbaycan arasında heç bir pozitiv münasibət olabilməz. - Bəzi ekspertlər təhlil edirlər ki, Türkiyə ermənistanla yaxınlaşmaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər və ermənistanın rusiyadan asılılığı zəifləyər bu da gələcəkdə ermənistanin demokratikləşməsindəm stimul rolunu oynaya bilər. Bu fikrin üzərində xüsusi ilə olaraq amerika-qərb analitiklləri dayanırlar. Siz bu fikirlərlə razılaşırsınızmı? Zatən belə axmaq bir fikri ancaq Qerb analitikləri müdafiə edə bilərlər. Necə ki, illərdir bu qərblilər Azərbaycan’a hər dəfə gəlir ve Minsk deyə bir uydurma proseslə Qarabağ probleminin həllini də gecikdirirlər. Elə düşünürlər ki, bu Qərblilər güya Türk ve Şərq xalqları axmaqdır, halbuki, onların elə məhz özlri axmaqdırlar. - Sonuncu sualım sizə başqanı olduğunuz “TURAN” Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə bağlıdır. Mərkəzin fəaliyyətində yeniliklər gözlənilirmi? Bəli Mərkəzimiz inşaAllah gelen ilin may ayında Beynəlxalq bir Konfrans keçirməyi planlayır. Hamınızı indidən o konfransa də’vət edirəm. - Elnur bəy təşəkkür edirik ki suallarımızı cavablandırığına görə sizə gələcək işlərinizdə uğurlar arzu edirik. Mən təşəkkür edirəm, Hörmətlər, Sevgilər Vətənə, Qürbət Vətən Türkiyə’dən. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar