SON XƏBƏRLƏR

TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDDİNİN AÇILMASI MƏSƏLƏSİ TÜRKİYƏ TƏHLÜKƏSİZLİK QURUMUNDA MÜZAKİRƏ OLUNACAQ

2021.10.20, 07:36
TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDDİNİN AÇILMASI MƏSƏLƏSİ TÜRKİYƏ TƏHLÜKƏSİZLİK QURUMUNDA MÜZAKİRƏ OLUNACAQ

Gunaz.tv
TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDDİNİN AÇILMASI MƏSƏLƏSİ TÜRKİYƏ TƏHLÜKƏSİZLİK QURUMUNDA MÜZAKİRƏ OLUNACAQ Qurumun iclası aprelin 28-də keçiriləcək Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İclasa Türkiyə prezidenti Abdullah Gül rəhbərlik edəcək. Məlumatlara görə, toplantının yekununda qəbul olunacaq qərarları Azərbaycan rəsmiləri ilə müzakirə etmək üçün Türkiyənin dövlət başçısının aprelin sonunda Bakıya səfərə gələcəyi planlaşdırılır. /İctimai TV/ ----------------------------------------------------------- ABŞ HƏMASIN İŞTİRAKI İLƏ QURULACAQ FƏLƏSTİN HÖKÜMƏTİ İLƏ HEÇ BİR MÜNASİBƏT YARATMAYACAQ Bunu Ağ Evin dövlət katibi Hillari Klinton bəyan edib Amerika Birləşmiş Ştatlarının dövlət katibi hillari Klinton 3 əsas şərt irəli sürüb - Həmasın israilə qarşı zorakılıq hərəkətlərini tamamilə dayandırması; -Yəhudi dövlətinin tanınması; -Fələstin Muxtariyyətinin beynəlxalq aləmdə tanınmış rəhbərliyinə tabe olması: ABŞ xarici siyasət idarəsinin başçısı Nümayəndələr palatasının Xarici Əlaqələr komitəsində çıxışı zamanı bu şərtlərin həyata keçirilməyəcəyi təqdirdə normal münasibətlərin qurulmasından söhbət belə getmədiyini qeyd edib. Hillari Klinton dəfələrlə Ərəb və digər ittifaq ölkələrinin rəsmiləri ilə görüşündə ölkəsinin mövqeyini açıq şəkildə bəyan etdiyini və israilin qonşuluğunda müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini deyib. Bütün bunlara baxmayaraq Həmasın bu şərtləri qəbul etməkdə heç bir cəhd göstərmədiyini vurğulayan dövlət katibi bu təşkilatla hər hansı danışıqlar aparmaq üçün qapıların bağlı olduğunu bildirib. Qeyd edək ki, Prezident Barak Obama iyun ayında İsrail və Fələstin muxtariyəti rəhbərliyini, həmçinin Misir prezidenti Hüsnü Mübarəki danışıqlar üçün ölkəsinə dəvət edib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar