SON XƏBƏRLƏR

Iran prezidenti Saberinin azad edilməsinə "yox" deyib

2021.10.20, 07:36
Iran prezidenti Saberinin azad edilməsinə "yox" deyib

Gunaz.tv
Iran prezidenti Saberinin azad edilməsinə "yox" deyib Raksana Saberi İran prezidenti Mahmud Əhmədinecat İran mənşəli amerikalı jurnalist Raksana Saberini azadlığa buraxmaqdan imtina edib. Xanım Saberi ötən həftə Tehran məhkəməsi tərəfindən Amerikanın xeyrinə casusluq etməkdə ittiham olunaraq 8 illik həbs cəzasına məhkum edilib. Amerikanın ABC televiziya şəbəkəsinə müsahibə verən cənab Əhmədinecat İran ədliyyəsinin müstəqil olduğunu deyib. Mahmud Əhmədinecat əlavə edib ki, xanım Saberinin azad edilməsinə çağıran prezident Obama İran ədliyyəsinə öz vəzifələrini yerinə yetirməyə imkan verməlidir. Bununla belə, İran prezidenti bir daha vurğulayıb ki, Raksana Saberi özünün apelyasiya məhkəməsində bütün hüquqlara malik olmalıdır. Xanım Saberinin atası deyib ki, apelyasiya dinləməsi artıq gələn həftə başlaya bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar