SON XƏBƏRLƏR

Etiraz aksiyası keçirildi

2021.10.20, 07:36
Etiraz aksiyası keçirildi

Gunaz.tv
Etiraz aksiyası keçirildi Rəsmi Ankara Ermənistanla sərhədi yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunacağı və işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəyi təqdirdə açacaq. Bu mövqeyi Türkiyə içtimaiyyəti də dəstəkləyir. İqdırda sərhədin açılmasına etiraz əlaməti olaraq və Türkiyənin Azərbaycanla həmrəy olduğunu nümayiş etdirmək üçün aksiya keçirilib. İqdırdakı nümayiş birinci dünya müharibəsi dövründə erməni terrorçularının vəhşiliklə qətlə yetirdikləri türklərin xatirəsinə ucaldılan abidənin önündə təşkil olundu. Mitinqdə 500-dən çox adam iştirak edib. Nümayişçilər Ermənistanla sərhədlərin açılmasına etiraz ediblər. Əllərində Türkiyə və Azərbaycan bayraqları tutmuş insanlar türk torpaqlarında hələ də erməni qəsbkarlarının törətdiyi qətliamların izlərinin getmədiyini və Dağlıq Qarabağın işğaldan azad olunmadığını bildiriblər. Göksal Gülbəyinin rəhbərlik etdiyi assosiasiya sərhədlərin açılmasına qarşı kampaniya həyata keçirir. Etiraz aksiyasında Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin üzvləri də iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar