SON XƏBƏRLƏR

«Yol xəritəsi» qəbul olundu

2021.10.20, 07:36
«Yol xəritəsi» qəbul olundu

Gunaz.tv
«Yol xəritəsi» qəbul olundu Türkiyə ilə Ermənistan arasında ikitərəfli əlaqələrin normallaşdırılması istiqamətində razılıq planı qəbul edilib. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, «Münasibətlərin bərpası üçün «Yol xəritəsi» planı türk-erməni danşıqları çərçivəsində hazırlanıb. Faktı Ermənistan tərəfi də təsdiqləyib. İsveçrənin vasitəçilik etdiyi danışıqlarda Türkiyə və Ermənistan çərçivə razılaşması üçün «Yol xəritəsi» planının qəbul olunduğunu bəyan edib. Sənədə əsasən, tərəflər aralarındakı mübahisəli məsələləri həll etməyə çalışacaqlar. Rəsmi Ankara əlaqələrin bərpası istiqamətində bir neçə şərt irəli sürüb. Bura qondarma erməni soyqırımı iddiasından imtina və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri də daxildir. Yerevan isə münasibətləri ilkin şərtsiz normalaşdırmaq niyyətindədir. Yaranmış vəziyyətin çözülməsi üçün tərəflərin iki il vaxtı var. Bu müddət ərzində Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə qapalı danışıqlar aparacaq. Bu ilin oktyabrında Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə səfəri planlaşdırılır. Hər iki ölkə rəsmiləri səfərin əlaqələrin normallaşdırılması prosesinə təkan verəcəyini düşünür. Türkiyə-Ermənistan münasibətlərinin bərpasına çalışan Birləşmiş Ştatlar «Yol xəritəsi» planının qəbul olunmasını yüksək qiymətləndirib. Dövlət Departamentinin nümayəndəsi Robert Vud prosesin ön şərtsiz və müəyyən bir zaman ərzində həyata keçirilməsinin önəmini vurğulayıb. O, iki ölkə arasındakı münasibətlərin bərpasının regionda sülh, təhlükəsizlik və sabitliyə dəstək olacağını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar