SON XƏBƏRLƏR

Dindarlar fars rejiminin siyasətinə etirazı vacibdir

2021.10.20, 07:36
Dindarlar fars rejiminin siyasətinə etirazı vacibdir

Gunaz.tv
Dindarlar fars rejiminin siyasətinə etirazı vacibdir İranın işğalçı Ermənistanla sıx əməkdaşlığı ölkə dindarlarının susqunluğunun nəticəsi kimi ortaya çıxıb Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) Partiyasının İdarə Heyətində ölkə dindarlarının İranın mövcud siyasətinə etiraz etməsinin vacibliyinin vurğulanması əhəmiyyətli addımdır və müraciətə müəyyən reaksiyaların olacağı da gözləniləndir. Qeyd edək ki, BAXCP İdarə Heyəti vaxtaşırı İslam həmrəyliyi barədə çeşidli bəyanatlar verən İran rejiminin Ermənistanla əməkdaşlığı genişləndirməsindən narahatlığını ifadə edib: "Hesab edirik ki, Azərbaycanda fəaliyyət göstərən dini təşkilatlar, Qafqaz Müsəlmanları İdarəsi İran İslam Respublikasının işğalçı Ermənistanla olan münasibətlərinə strateji müstəvidə kəskin etirazlarını bildirməlidirlər". Səlcuq Təbii ki, bu cür mövqe İranın Ermənistanla sıx əməkdaşlığı, molla rejiminin türklərə divan tutması fonunda ölkə dindarlarının susqunluğunun nəticəsi kimi ortaya çıxıb. İran hər zaman din qardaşlığından danışsa da, deyilən sözlə əməlin ziddiyyəti müşahidə edilib. Yəqin hər kəsin yadındadır ki, Qarabağda qızğın döyüşlərin getdiyi bir zamanda Ermənistan həmişə məhz İranın birbaşa dəstəyilə çətin vəziyyətlərdən çıxa bilib. İranın hətta Şuşanın işğalında da xüsusi rolunun olduğu unudulmamalıdır. Atəşkəs dövründə isə molla rejimi özünün xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda sabitliyi pozmaq cəhdləri göstərib. Bir neçə gün öncə isə Ermənistan prezidenti Serj Sərkisyanın İran İslam Respublikasına səfəri və iki ölkə arasında imzalanan müqavilələr molla rejiminin iç üzünün növbəti göstəricisidir. Molla rejiminin Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza münasibəti, doğma dildə danışılmasının, məktəblərin açılmasının qarşısının alınması, bir çox hallarda azərbaycanlılara divan tutulması da İran hakimiyyətinin din adından sadəcə olaraq istifadə etdiyini təsdiqləyir. İran hakimiyyətinin Azərbaycan və azərbaycanlılarla bağlı siyasətini ölkə ictimaiyyəti həmişə narazılıqla qarşılayıb. Məsələ ilə bağlı kəskin mövqelər ortaya qoyulub, hətta rəsmilərin dilindən belə ciddi etirazları eşitmişik. Ancaq yuxarıda qeyd etdiyimiz kimi dindarlar bu məsələrlə bağlı hər zaman susqun mövqe nümayiş etdirib. İranla bağlı zaman-zaman söhbət etdiyimiz dindarların əksəriyyəti maraqlı mövqe ortalığa qoyurlar. Onlar ilk növbədə Azərbaycanın İrana qarşı pis münasibətidən danışır, qonşu dövlətin məhz bu münasibətə adekvat reaksiyasından dəm vururlar. Ancaq faktlar bunun əksini sübut edir. Bu gün İrana qarşı pis münasibəti elə molla rejiminin özü, son illərdə göstərdiyi fəaliyyəti və erməniyə dayı deməyilə qazanıb. Acınacaqlı olan həm də budur ki, bəzi "dindarlar" İranın Azərbaycana qarşı törətmək istədiyi təxribatlarda belə fəal şəkildə iştirak ediblər. Nardaranda baş verən hadisələrin haralarda planlaşdırıldığını diqqətli oxucular yaxşı bilirlər. Ancaq ölkədə vicdanlı dindarların sayı da az deyil. Məhz həmin şəxslər İranın Azərbaycan əleyhinə siyasətinə sərt münasibət bildirməlidirlər. Qafqaz Müsəlmanları İdarəsinin də ən azı İranın ali dini rəhbərinə rəsmi Tehranın işğalçı Ermənistanla münasibətlərinə etiraz olaraq müraciət ünvanlamasına ehtiyac var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar