SON XƏBƏRLƏR

MİSİR RƏSMİSİ: “QAHİRƏ İRAN MÖVQEYİ QARŞISINDA SAKİT DURMAYACAQ”

2021.10.20, 07:36
MİSİR RƏSMİSİ: “QAHİRƏ İRAN MÖVQEYİ QARŞISINDA SAKİT DURMAYACAQ”

Gunaz.tv
MİSİR RƏSMİSİ: “QAHİRƏ İRAN MÖVQEYİ QARŞISINDA SAKİT DURMAYACAQ” Aprelin 21-də Misir xarici işlər nazirinin müavini Məhəmməd əl-Zərqani İranın Qahirədə maraqlarını müdafiə edən nümayəndəliyinin rəhbəri Məhəmməd Rəcəbini Xarici İşlər Nazirliyinə çağırıb. Nazir müavini İranın Livan “Hizbullah”ına dəstək verməsinə kəskin etirazını çatdırıb. Misir “Hizbullah”ı bu ölkəyə səfər edən İsrail turistlərinə qarşı hücumlar təşkil etməkdə və Tehranın yardımı ilə Misirin hökumət qurumlarında şiəliyi yaymaqda günahlandırır. Bir həftə əvvəl İranın xarici işlər naziri jurnalistlərə açıqlamasında Misirin Livan “Hizbullah”ına qarşı ittihamlarının köhnə və əsassız ittihamlar olduğunu demişdi. “Media forum” saytının məlumatına görə, Əl-Zərqani bildirib ki, İranın bu kimi çıxışları Misirin daxili işlərinə açıq-aşkar müdaxilədir: “İranın Misirə qarşı bu düşmən mövqeyi qəbuledilməzdir və Qahirə Tehranın mövqeyi qarşısında sakit durmayacaq”. 1981-ci ildə qatı islamçı Xalid Əl-İslambuli Misir prezidenti Ənvər Sadatı qətlə yetirəndən sonra Tehran küçələrinin birinə qatilin adı verilib. O zamandan iki ölkə arasında rəsmi diplomatik münasibətlər kəsilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar