SON XƏBƏRLƏR

Əhmədinejadın çıxışı sərt, balanslaşdırılmamış və mövzuya uyğun olmayan şəkildə səslənib

2021.10.20, 07:36
Əhmədinejadın çıxışı sərt, balanslaşdırılmamış və mövzuya uyğun olmayan şəkildə səslənib

Gunaz.tv
Bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyi çıxış edib "İran prezidenti Mahmud Əhmədinejadın BMT-nin Cenevrədə keçirilən irqçiliyə qarşı mübarizəyə həsr olunmuş konfransdakı çıxışı sərt, balanslaşdırılmamış və mövzuya uyğun olmayan şəkildə səslənib". Bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyi çıxış edib. Bəyanatda, həmçinin, bəzi iştirakçıların iclası tərk etməsindən təəssüf hissi ifadə olunub. Qeyd edək ki, bu, rəsmi Moskvanın İran prezidentinin çıxışına verdiyi ilk kəskin bəyanatdır. Xatırladaq ki, Cenevrə sammitində İran prezidenti Mahmud Əhmədinejad İsraili ən qatı irqçi dövlət adlandırmış, ABŞ və Almaniya daxil olmaqla bir neçə ölkə toplantını boykot etmişdi. İran prezidentinin çıxışına etiraz olaraq isə Fransa, Böyük Britaniya və Avropa Birliyinə üzv olan bir sıra ölkələrin nümayəndələri zalı tərk etmişdilər./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar