SON XƏBƏRLƏR

Gürcüstan Ermənistana Rusiya qazının nəqlini dayandırır

2021.10.20, 07:36
Gürcüstan Ermənistana Rusiya qazının nəqlini dayandırır

Gunaz.tv
Gürcüstan Ermənistana Rusiya qazının nəqlini dayandırır Bu, Tiflis yaxınlığında magistral qaz kəmərində aparılacaq bərpa işləri ilə bağlıdır Gürcüstan Ermənistana Rusiya təbii qazının nəqlini dayandıracaq. Ria Novosti agentliyinin məlumatına görə, bu barədə “ArmRosqazprom” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib. “Gürcüstanın qaz nəqli korporasiyasının rəsmi xəbərdarlığına görə, aprelin 23–dən 26–na qədər Tiflisə yaxın magistral qaz kəmərində bərpa işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın nəqli dayandıralacaq”- deyə mətbuat xidmətinin nümayəndəsi bildirib. Ria Novosti agentliyinin məlumatına görə, göstərilən vaxt ərzində Ermənistan qaz istifadəçilərinin təchizatı məhdudiyyətsiz olaraq Abovyan qaz anbarındakı qaz ehtiyatları hesabına həyata keçiriləcək. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar