SON XƏBƏRLƏR

İran adlanan yer, Ermənistana 400 milyon dollar kredit verib

2021.10.20, 07:36
İran adlanan yer, Ermənistana 400 milyon dollar kredit verib

Gunaz.tv
İran Ermənistana 400 milyon dollar kredit verib Rusiyanın da dəmir yolu layihəsinə dəstək verəcəyi gözlənilir İran və Ermənistan arasında tikiləcək dəmiryolu layihəsi üçün rəsmi İrəvan Tehrandan 400 milyon dollar dəyərində kredit alıb. Bu açıqlamanı Ermənistanın nəqliyyat naziri Qurgen Sarqisyan verib. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sərkisyanın 14 apreldə reallaşan Tehran səfərində strateji dəmiryolu proyektinin tamamlanmasıyla əlaqədar razılaşma əldə edilib. Həmin vaxt Qurgen Sarqisyanla iranlı həmkarı Həmid Behbani ortaq layihəyə imza atıblar. Ermənistanın bundan başqa, Asiya İnkişaf Bankı, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla da görüşlərini davam etdirdiyini deyən erməni nazir 500 kilometr uzunluğundakı dəmiryolu inşaatı üçün 1.5-1.8 milyard dollar dəyərində vəsait lazım olduğunu vurğulayıb. Qeyd edək ki, qatar yolunun 60 kilometri İrandan, 440 kilometri isə Ermənistandan keçir. Layihənin 5 ilə tamamlanması gözlənilir. Dəmir yolu Ermənistanın şimalında yerləşən Sevan şəhərini İranın Meqhri şəhərinə bağlayacaq. Ermənistanla əlaqələri inkişaf etdirmək istəyən Tehran enerji, nəqliyyat və digər ticarət mövzularında da sıx əlaqələr yaradacaq. Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistanın dünyaya açıldığı digər ölkə isə Gürcüstandır. Ancaq pozulan Moskva-Tiflis əlaqələri də İrəvana mənfi təsir edir. Ermənistan İran üzərindən xarici ölkələrə açılmaq istiqamətində altenativ bir proqram icra edir. Rusiyanın da Ermənistanın qatar yolu proyektinə dəstək verməsi gözlənilir. Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar