SON XƏBƏRLƏR

İran adlanan yerin yeni səfiri azərbaycanlıdır

2021.10.20, 07:36
İran adlanan yerin yeni səfiri azərbaycanlıdır

Gunaz.tv
İran adlanan yerin yeni səfiri azərbaycanlıdır Naser Həmid Zareni Bağır Bəhrami əvəz edəcək Azərbaycanda missiyasını başa vuran İran İslar Respublikasının səfiri Naser Həmid Zareni Məhəmməd Bağır Bəhrami əvəz edəcək. Xəbər "Turan"a məlumatlı mənbələrdən daxil olub. Bağır Bəhrami 1955-ci ildə Həmədan əyalətinin Əsədabad şəhərində dünyaya gəlib. O, hüquq elmləri doktorudur, Həmədan Universitetinin Alimlər Şurasının üzvüdür. Bəhrami son üç çağırışda İran parlamentinə deputat seçilib. 7-ci çağırış məclisində o, parlament komissiyasına rəhbərlik edib. B.Bəhrami etnik azərbaycanlıdır. İİR-in Bakıdakı səfirliyindən B.Bəhraminin Azərbaycanda yeni səfir təyin edilməsini təsdiq ediblər. Lakin onun vəzifəsinin icrasına nə vaxt başlayacağı barədə suala cavab verməyə çətinlik çəkiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar