SON XƏBƏRLƏR

Iran adlanan yerdə Aksiya keçirmək istəyən azərbaycanlılara qarşı təzyiqlər başlayıb

2021.10.20, 07:36
Iran adlanan yerdə Aksiya keçirmək istəyən azərbaycanlılara qarşı təzyiqlər başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Aprelin 24-26-da İran-Ermənistan qardaşlığına, xüsusən İrandan Ermənistana çəkiləcək dəmiryolu xəttinin Güney Azərbaycan ərazisindən keçməsinə etiraz olaraq aksiya keçirmək istəyən soydaşlarımıza qarşı ciddi təqib və təziqlər başlayıb. Belə ki, ETTELAAT və İranın digər xüsusi xidmət orqanlarının əməkdaşları aksiyaya çağırış üçün istifadə edilən vərəqələrin yayılmasına imkan vermir, bu cür vərəqələri yazanlara qarşı təzyiqlər göstərilir. Xatırladaq ki, etiraz aksiyası keçirmək ideyası Ermənistan prezidenti Serj Sərkisyanın İrana rəsmi səfəri, həmin səfər zamanı ona çox isti münasibət göstərilməsindən sonra ortaya çıxıb. Cənubi Azərbaycanda yaşayan türklər İran-Ermənistan münasibətlərinə qarşıdır. Onlar xüsusən Ermənistana çəkiləcək dəmiryolu xəttinin Güney Azərbaycan ərazilərindən keçməsinə qarşıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar