SON XƏBƏRLƏR

Türkiyə ilə Kanada arasında "soyqırım" böhranı

2021.10.20, 07:36
Türkiyə ilə Kanada arasında "soyqırım" böhranı

Gunaz.tv
Türkiyə ilə Kanada arasında "soyqırım" böhranı Ankara Kanadakı səfirini geri çağırdı! Kanadada Erməni lobbisinin təşkil etdiyi "soyqırımı anma" gecəsinə Kanadalı nazirlər də qatılıb. Qaynar.info-nun verdiyi xəbərə görə, gecə, Kanada parlamentinin "soyqırım"ı rəsmən tanmasının beşinci ildönümündə erməni lobbisi tərəfindən təşkil olunub. Gecədə qonaq olan Kanada Baş naziri Stefen Harper də, Ermənilərə mesaj göndərdi. Türkiyənin ciddi xəbərdarlıqlarına baxmayaraq, Kanada hökumətinin 1915-ci il hadisələrindən "soyqırım" olaraq bəhs etməsi və hökumət üzvlərinin ermənilərin "soyqırımı anma" gecəsinə qatılması, Ankaranın səbrini daşırıb. Türkiyənin Kanadadakı Səfiri Rafet Akgünay, "məsləhətləşmə" adıyla təcili olaraq Ankaraya çağırılıb. Gecəyə habelə Kanada İnteqrasiya Naziri Cason Kenney də qatılıb. Gecədə çıxış edən Kenney 1915-ci il hadisələrini nəzərdə tutaraq, "bu hadisələr, etnik və dini düşmənliyin, insanlığa qarşı mənfur cinayətlər törədildiyini həm bizə, həm də gələcək nəsillərə göstərir" deyib. Kanada, 1915-ci il hadisələrini Parlamentində 21 Aprel 2004-cü ildə təsdiqlədiyi bir qərarla rəsmi olaraq "soyqırım" kimi tanıyıb. // Şəmsi Abbasov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar