SON XƏBƏRLƏR

İRAN DEPUTATI: “İNDİ BELƏ BİR VƏDİN OLMADIĞINI DEMƏK XALQA TƏHQİRDİR”

2021.10.20, 07:36
İRAN DEPUTATI: “İNDİ BELƏ BİR VƏDİN OLMADIĞINI DEMƏK XALQA TƏHQİRDİR”

Gunaz.tv
İRAN DEPUTATI: “İNDİ BELƏ BİR VƏDİN OLMADIĞINI DEMƏK XALQA TƏHQİRDİR” Həmidrza Pəşəng “Hamının, hətta uşaqların da yadındadır. Ötən prezident seçkisində Əhmədinejadın əsas seçkiqabağı şüarlarından biri, xalqa verdiyi vəd ondan ibarət idi ki, o, prezident seçilsə, neft pullarını vətəndaşların süfrəsinə gətirəcək. İndi belə bir vədin olmadığını demək xalqa ən böyük təhqirdir”. Bu sözləri İran parlamentinin deputatı Həmidrza Pəşəng jurnalistlərə açıqlamasında deyib. Bu ilin iyununda İranda növbəti prezident seçkisi keçiriləcək. Ötən həftə hazırkı dövlət başçısı, prezidentliyə namizəd Mahmud Əhmədinejadın mətbuat üzrə muşaviri Ə.Cavanfikr bildirib ki, əvvəlki seçki kampaniyası dövründə, yəni 2005-ci ildə Əhmədinejadın neft pullarını vətəndaşların süfrəsinə gətirəcəyi barədə vəd verdiyinə dair deyilənlər yanlışdır. “Media forum” saytının məlumatına görə, deputat H.Pəşəng vurğulayıb ki, M.Əhmədinejadın 2005-ci ildə sözügedən vədi olub. Ancaq deputat qeyd edib ki, neft pulları nəinki vətəndaşların süfrəsinə gəlmədi, hətta ölkədə iqtisadi durğunluğa, inflyasiya və işsizliyə gətirib çıxardı, əhalinin güzəranı qat-qat çətinləşdi: “İndi nə səbəbdən olur-olsun, cənab Əhmədinejad verdiyi vədini yerinə yetirə bilmədi”. H.Pəşəng həmin əsassız vədlərə görə rəsmiləri də tənqid edib: “Bizim xalq hər şeyi başa düşür. Bu gün vəd verib, sabah onu təkzib etmək yolverilməzdir. Rəsmilərimizin problemi bundan ibarətdir: Onlar elə bilir ki, özləri hər şeyi bilir, lakin xalq heç nəyi başa düşmür”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar