SON XƏBƏRLƏR

Köksal Toptan: «Türkiyə Azərbaycanın bəyənmədiyi addımları atmayacaq»

2021.10.20, 07:36
Köksal Toptan: «Türkiyə Azərbaycanın bəyənmədiyi addımları atmayacaq»

Gunaz.tv
Köksal Toptan: «Türkiyə Azərbaycanın bəyənmədiyi addımları atmayacaq» «Türkiyə və Azərbaycan qardaşlığının, birgə hərəkət etməyin yaratdığı güc birliyi bəzi dairələri narahat etməkdədir» Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ANS PRESS, "CNN-Türk" telekanalına istinadən xəbər verir ki, Türkiyə parlamentinin spikeri, hər kəsin çox diqqətli olmasının vacib olduğu bir dönəmdən keçildiyini bildirib. «Biz bir millət, iki dövlətik» deyən Köksal Toptanın sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələrim hökumətdən hökumətə, Məclisdən Məclisə, prezidentdən prezidentə dərəcəsini çoxdan keçib və xalqdan xalqa səviyyəsinə qədər yüksəlib. O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni hissləri, eyni həyəcanları bölüşən eyni millətdir. Köksal Toptanın fikrincə iki ölkənin güclərini birləşdirməsi region və bütövlükdə dünya üçün faydalı ola bilər: «Türkiyə və Azərbaycan ittifaqının kimə nə ziyanı ola bilər? Amma Türkiyə və Azərbaycan qardaşlığının, birgə hərəkət etməyin yaratdığı güc birliyi bəzi dairələri narahat etməkdədir. Bizə düşən bu oyuna gəlməməkdir. Türkiyədə yaşayan bizlər və Azərbaycanda yaşayan qardaşlarımızın vəzifəsi bu böyük işə, çox böyük bir oyun oynamaq istəyənlərə fürsət verməməkdir». Köksal Toptanın sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlarda Dağlıq Qarabağ probleminin hər dəfə xatırladıldılır. O deyib ki, 1 milyon azərbaycanlı 18-19 ildir yurdlarından uzaq düşdüyü, bu gün ali məktəbə laxil olan gənclərin doğuldunları yerləri tanımır. Türkiyəli spikerin fikrincə, bu insanlıq məsələsidir və rəsmi Ankara münaqişənin həlli üçün əlindən gələni edir. Köksal Toptan bəyan edib ki, Türkiyə Azərbaycanın bəyənmədiyi addımları atmayacaq. Onun fikrincə, həm Türkiyə, həm də Azərbaycan diqqətli hərəkət etməlidir: «Biz bəzi dairəliri qorxutmuşuq. Bizim birləşən gücümüz bəzilərini narahat edib. Buna diqqət etməyimiz, bunu unutmamağımız lazımdır». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar