SON XƏBƏRLƏR

MEHDİ KƏRRUBİ: “PREZİDENT SEÇİLSƏM, ƏN AZI BİR QADINI NAZİR TƏYİN EDƏCƏM”

2021.10.20, 07:36
MEHDİ KƏRRUBİ: “PREZİDENT SEÇİLSƏM, ƏN AZI BİR QADINI NAZİR TƏYİN EDƏCƏM”

Gunaz.tv
MEHDİ KƏRRUBİ: “PREZİDENT SEÇİLSƏM, ƏN AZI BİR QADINI NAZİR TƏYİN EDƏCƏM” Mehdi Kərrubi İranın iqtidaryönlü Milli Etimad Partiyasının rəhbəri, prezidentliyə namizəd Mehdi Kərrubi jurnalistlərə açıqlamasında deyib ki, prezident seçilsə, ən azı bir qadını nazir vəzifəsinə təyin edəcək. M.Kərrubi bildirib ki, o, qadınların bütün sahələrdə fəaliyyət göstərməsinin tərəfdarıdır: “Mən özüm prezident seçilsəm, ən azı bir qadını nazir təyin edəcəm. Bu fikrimdə qərarlıyam. Düzdür, bir qadını nazir vəzifəsinə təyin etmək o qədər də böyük dəyişiklik yarada bilməz. Lakin nəzərə almaq lazımdır ki, bu, irəliyə doğru böyük bir addım sayıla və qadınlara qarşı maneələrin ortadan qaldırılmasına yardım göstərə bilər”. İranda prezident seçkisi 2009-cu il iyunun 12-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar