SON XƏBƏRLƏR

Prezident İlham Əliyev: «Azərbaycan öz torpaqlarını geri qaytaracaq»

2021.10.20, 07:36
Prezident İlham Əliyev: «Azərbaycan öz torpaqlarını geri qaytaracaq»

Gunaz.tv
Prezident İlham Əliyev: «Azərbaycan öz torpaqlarını geri qaytaracaq» Dünya birliyi heç vaxt qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq, Azərbaycan buna heç vaxt icazə verməyəcək. Prezident Ilham Əliyev Islam Konfransı təşkilatına üzv olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin konfransında iştirak edən nümayəndə heyəti ilə görüşdə belə bəyanatla çıxış edib. Bildirib ki, Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun geri qaytaracaq. Prezident Ilham Əliyev Islam Konfransı Təşkilatına üzv dövlətlərin hüquq mühafizə orqanları rəhbərləri konfransının Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Konfransın uğurlu olacağına, nəticələrinin ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı. 2009-cu ildə Bakının Islam mədəniyyətinin paytaxtı elan olunmasından məmnunluğunu bildirən dövlət başçısı bunu Islam dünyasının Azərbaycana, onun tarixinə və mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar