SON XƏBƏRLƏR

Ermənistanla sərhədlərin açılması məsələsi Türkiyənin iqtidar və müxalifətini üz-üzə qoyub

2021.10.20, 07:36
Ermənistanla sərhədlərin açılması məsələsi Türkiyənin iqtidar və müxalifətini üz-üzə qoyub

Gunaz.tv
Sərhədlərin açılması məsələsi gündəmdən düşmür Ermənistanla sərhədlərin açılması məsələsi Türkiyənin iqtidar və müxalifətini üz-üzə qoyub. Azərbaycanla münasibətlərdəki incikliyin aradan qaldırılması üçün əsas müxalifət lideri Dəniz Baykal prezident Abdullah Gülü dərhal Bakıya səfər etməyə çağırıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə iqtidarın Azərbaycana baxışının bəlli olduğunu və müxalifətin durumdan sui-istifadə etməməsini tələb edib. Ermənistanla sərhədin açılması qalmaqalı hələ də Türkiyə gündəmindən düşməyib. Qardaş ölkənin iqtidar və müxalifəti bu məsələ barədə mübahisələri davam etdirir. Hakim partiyanın Məclis Qrupunda çıxışı zamanı baş nazir Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətləri normalaşdırmaq istiqamətində bəzi təmasların həyata keçirildiyini deyib. Lakin o, belə bir önəmli və həssas məsələnin Türkiyədə alver peredmetinə çevrildiyini vurğulayıb. Baş nazir müxalifəti bu durumdan sui-istifadə etməməyə çağırıb. Azərbaycanın da Ermənistanla danışıqlar apardığını xatırladan Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin milli bir dava olduğunu bəyan edib. Dəniz Baykal Ermənistanla münasibətlərin normalaşmasını hər kəsi məmnun edəcəyini, lakin bu prosesdə Azərbaycanın diqqətə alınmamasının qəbuledilməz olduğunu bildirib. O, Türkiyənin apardığı Ermənistan müzakirələrinə Azərbaycanın birbaşa qatılmasının önəmini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar