SON XƏBƏRLƏR

"Bəsic" üzvləri qadın geyimində gizlənirlər

2026.03.06, 12:53
"Bəsic" üzvləri qadın geyimində gizlənirlər

ABŞ və İsrailin İrana hücumlarından sonra repressiyalarda xüsusi rol oynayan SEPAH-a bağlı "Bəsic" üzvləri xidmət etdikləri bazalardan qaçır, evlərini dəyişirlər.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, onlar cəmiyyətin qəzəbindən və hücumundan qorxduqlarına görə, qadın geyimində, çadıra bürünərək yaşayış yerlərini dəyişir, başqa şəhərlərə köçürlər.

Bu halların dünən son iki gün ərzində, ABŞ və İsrail hava qüvvələrinin Tehranda "Bəsic" bazalarını bombaladıqdan sonra artdığı bildirilib.

Yerli sakinlər bu barədəki faktlardan birini qeydə ala və soial mediada paylaşa biliblər.

Paylaşılan fotoda Tehranın "Bəsic" qüvvələrinin yüksək rütbəli komandirlərindən olan Yasir Ləfutinin çadıra bürünərək aradan çıxdığı əks olunub.

Qeyd edək ki, 1979-cu il inqilabında da Məhəmmədrza Pəhləvinin Xüsusi Xdmət Təşkilatının (SAVAK) məmurları qaddın geyimində gizlənir, şəhərlərdən və ölkədən qaçmağa çalışırdılar.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar