SON XƏBƏRLƏR

İran rəhbərliyinə iki namizəd var, ancaq məsuliyyəti qəbul etmirlər- Millət vəkili

2026.03.06, 16:26
İran rəhbərliyinə iki namizəd var, ancaq məsuliyyəti qəbul etmirlər- Millət vəkili

Yeni rəhbərin seçilməsi ilə bağlı ixtilafların olması barədə iddialara baxmayaraq, Ekspertlər Məclisi iki nəfəri rəhbərlik üçün təsdiq edib, ancaq onların heç biri bu məsuliyyəti qəbul etməkdən imtina edirlər.

Gunaz.tv

Bunu İranparlamentinin üzvü Peyman Fəlsəfi deyib.

"İxtilafların olması barədə məlumatlar şayiədir, rəhbər yaxın iki-üç gün ərzində elan ediləcək və bu seçim Əli xaməneinin tərəfdarlarının ürəyincəolacaq",- o bildirib.

Millət vəkili dlayı yolla keçmiş İranın keçmiş rəhbəri Əli Xaməneinin oğlu Müctəba Xaməneinin rəhbərliyə gətiriləcəyinə işarə edib.

Fəlsəfi ABŞ və İsrailin İrana hücumlarına da toxunub və ABŞ-nın adını çəkmədən İsrailin yaxın günlərdə məğlubiyyətə uğrayacağını deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Doald Tramp və İrailin baş naziri Benyamin Netaniyahu yeni seçiləcək rəhbərin də hədəf alınacağı barədə bəyanatlar səsləndiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar