SON XƏBƏRLƏR

İranın mühafizakar qanaddan olan rəsmiləri Pezeşkianın sözlərini qınayıb

2026.03.07, 22:45
İranın mühafizakar qanaddan olan rəsmiləri Pezeşkianın sözlərini qınayıb

İranın mühafizakar qanaddan olan rəsmiləri prezident Mısud Pezeşkianın bölgə ölkələrindən üzr istəməsinə qınaqla cavab veriblər.

Gunaz.tv

İranın məhkəmə sisteminin nüfuzlu rəhbəri şənbə günü müharibə strategiyasının dəyişməyəcəyini bildirib.

Qulamhüseyn Möhsəni-Ejei X-də yazıb: "Bölgədəki bəzi ölkələrin coğrafiyası - həm açıq, həm də gizli şəkildə - düşmənin əlindədir və bu məqamlar ölkəmizə qarşı təcavüz aktlarında istifadə olunur. Bu hədəflərə intensiv hücumlar davam edəcək".

Bir neçə saat sonra parlamentin spikeri Məhəmməd Baqer Qalibaf bənzər fikirləri təkrar edib: "ABŞ bazalarının regionda olduqca, bu ölkələr sülh görməyəcəklər". O, əlavə edib ki, İran rəsmiləri "bu prinsip üzərində birləşiblər".

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar