SON XƏBƏRLƏR

İran müharibəyə Amerika ilə İsraildən daha çox dözə biləcəyini güman edir

2026.03.10, 11:04
İran müharibəyə Amerika ilə İsraildən daha çox dözə biləcəyini güman edir

İran hesab edir ki, hərbi baxımdan olmasa da dözümlülük baxımından Amerika və İsraili üstələyə biləcəyinə ümid edir.

Gunaz.tv

İranın strategiyası aydındır: dronlar və raketlər atmaq, həyati əhəmiyyətli enerji marşrutlarını pozmaq və qlobal bazarları elə sarsıtmaq ki, sonda ilk geri çəkilən tərəf Vaşinqton olsun.

ABŞ–İsrail zərbələrinin yaratdığı şok dalğasına və mühüm fiqurların itirilməsinə baxmayaraq, İslam Respublikasının əsas idarəedici qüvvəsi hesab olunan SEPAH vəziyyətə hələki tam nəzarət edir.

İran rəsmiləri tərəfindən verilən bəyanlara görə isə, gərginliyin artacağı müharibə başlamazdan xeyli əvvəl gözlənilirdi.

İndi isə itirəcək çox şeyi qalmadığını düşünən İran bölgəni oda yaxmaq planını həyata keçirir və münaqişəni rəqiblərini siyasi və iqtisadi baxımdan tükəndirməyə yönəlmiş uzunmüddətli aşındırma müharibəsinə çevirir.

İLK KİM GERİ ÇƏKİLƏCƏK?

Döyüşən tərəflərin savaşa dözümlülük səviyyəsini belə kimi anlamaq olar, İran raket və dron atışlarını nə qədər davam etdirə biləcək, İsrail və Amerika müharibənin iqtisai və siyasi yükünü nə qədər çəkə biləcək?

Enerji qiymətlərini artırmaqla və Qərb ölkələrinə iqtisadi çətinlik yaşatmaqla İran Amerikanı geri çəkilmyə vadar edə biləcəyini düşünür.

Müharibənin təsirləri artıq hiss olunmağa başlayıb. Neft və qaz qiymətləri kəskin şəkildə artır  və noyabr ara seçkiləri yaxınlaşdıqca Vaşinqtonda siyasi narahatlıq artır.

Buna görə də Tramp sonda İranın ali liderinin öldürüldüyünü, İranın nüvə və raket imkanlarının, eləcə də əsas hərbi infrastrukturunun məhv edildiyini əsas gətirərək qələbə elan edib münaqişədən çıxış yolu axtara bilər.

Tehran üçün isə qələbə elan etmək üçün təkcə sağ qalmaq belə kifayət edəcək. Strateji infrastrukturunun böyük hissəsi məhv edilsə belə, İran rəhbərliyi tarixdəki ən böyük hərbi güclərdən biri ilə qarşıdurmadan sağ çıxdığını iddia edərək bunu qələbə kimi təqdim edəcək.

Nəticədə ortaya yaralanmış bir İran çıxa bilər. Lakin yaralı İran müharibədən öncəki İrandan daha təhlükəli ola bilər.

 

- Cəfər Cəfərli

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar