SON XƏBƏRLƏR

Qalibaf: Körfəz işğalçıların qanı ilə dolacaq!

2026.03.12, 14:14
Qalibaf: Körfəz işğalçıların qanı ilə dolacaq!

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İranın adalarına hər hansı hücum olarsa, “Körfəz işğalçıların qanı ilə dolacaq”.

Gunaz.tv

Qalibafın bu açıqlamasına nəyin səbəb olduğu hələki aydın deyil. Lakin bu bəyanat İran ətrafında davam edən müharibə fonunda ritorikanın daha da sərtləşdiyini göstərir.

“Vətən və ya ölüm! İran adalarına qarşı hər hansı təcavüz bütün məhdudiyyətləri darmadağın edəcək. Biz bütün məhdudiyyətləri aradan qaldıracağıq və körfəzi işğalçıların qanı ilə dolduracağıq. Regionda Amerika əsgərlərinin qanına görə məsuliyyət Donald Trampın üzərinə düşür.” - deyə Qalibaf X sosial mediasındakı paylaşımında deyib.

İran 1971-ci ildə, Birləşmiş Ərəb Əmirlikləri yaranmazdan əvvəl, bu ölkədən aldığı üç adaya nəzarət edir.

Eyni zamanda, ABŞ-ın Ərəb körfəzində yerləşən və İranın əsas neft terminalı sayılan Xarq adasını hədəfə ala biləcəyi ilə bağlı da ehtimallar səsləndirilir.

Iran warns US not to show 'aggression' against Iranian islands

Xarg adası, İranın xam neft ixracınnı 90%-i buradan əldə edilir. Ada İran sahilindən 30 km aralıda yerləşir.

 

- Cəfər Cəfərli

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar