SON XƏBƏRLƏR

Müctəba Xameneinin mesajı yayımlanıb - Yeni cəbhələr açıla bilər

2026.03.12, 17:38
Müctəba Xameneinin mesajı yayımlanıb - Yeni cəbhələr açıla bilər

Müctəba Xameneinin mesajı yayımlanıb.

Gunaz.tv

İranın Ali Lideri Müctəba Xameneiyə aid edilən yazılı mesajda münaqişədə həlak olanların qisasını alacağına söz verilib və İranın "şəhidlərinin qanının qisasını almaqdan çəkinməyəcəyi" bildirilib.

İran dövlət televiziyasında qadın aparıcı tərəfindən oxunan mesajda həmçinin "Hörmüz boğazının bağlı saxlanılmalı" olduğu bildirilib və İranın "lazım gələrsə, digər cəbhələr" aça biləcəyi barədə xəbərdarlıq edilib.

Əlavə edilib ki, İran qonşu ölkələrlə dostluq münasibətləri axtarır və yalnız ona qarşı hücumların edildiyi bazaları hədəf alacaq.

Xesajda Müctəba Xameneinin harada olduğu, sağlamlıq vəziyyəti və ya fiziki vəziyyəti barədə heç bir məlumat verilməyib.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar