SON XƏBƏRLƏR

İranlı millət vəkili: Xarq adası ələ keçirilərsə İran Amerika əsgərlərini əsir götürəcək

2026.03.14, 14:04
İranlı millət vəkili: Xarq adası ələ keçirilərsə İran Amerika əsgərlərini əsir götürəcək

İranlı millət vəkili Mənuçöh Müttəqi xəbərdarlıq etdi ki, əgər ABŞ Ərəb körfəzinin quzeyindəki Xarq adasını ələ keçirməyə cəhd edərsə, İran bölgədəki ABŞ bazalarına vertolyot hücumları həyata keçirəcək və Amerika qoşunlarını əsir götürəcək.

Gunaz.tv

"Əgər onlar belə bir hərəkəti etməyə və torpaqlarımızın bir hissəsində oturmağa cəsarət edirlərsə, niyə biz onların torpaqlarının bir hissəsi hesab edilən ərazilərə gedib orada vertolyot enişi edib onların qüvvələrini əsir götürməyək?” - deyə Mənuçöh Müttəqi bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp cümə günü ABŞ Mərkəzi Komandanlığının İranın Xarq adasına böyük bir bombardman reydi keçirdiyini deyib.

Məlumata görə, Amerika qüvvələri adadakı bütün hərbi hədəfləri məhv edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar