SON XƏBƏRLƏR

Pezeşkiandan Laricaninin öldürülməsinə reaksiya

2026.03.18, 09:23
Pezeşkiandan Laricaninin öldürülməsinə reaksiya

İran Prezidenti Məsud Pezeşkian İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlində məsul olanlardan sərt qisas alacağına söz verib.

Gunaz.tv

Bu barədə prezident ofisinin məlumatında deyilir.

"Əli Laricaninin ölümü son dərəcə kədərli bir hadisədir. Əlləri günahsız, lakin İranın sadiq müdafiəçilərinin qanına bulaşmış hər kəsdən sərt qisas alacağıq", - Pezeşkian vurğulayıb.

Bu, Pezeşkianın bundan əvvəl də öldürülən İran rəsmiləri ilə bağlı işlətdiyi ənənəvi ifadədir.

Qeyd edək ki, İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail hərbi əməliyyatları nəticəsində öldürüldüyü təsdiqlənib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar