SON XƏBƏRLƏR

İran ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinin enerji infrastrukturunu məhv etməklə hədələyir

2026.03.19, 15:28
İran ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinin enerji infrastrukturunu məhv etməklə hədələyir

İran ölkənin obyektlərinə təkrar hücumlar olacağı təqdirdə Yaxın Şərqdə ABŞ-nin müttəfiqi olan ölkələrin enerji infrastrukturunu tamamilə məhv etməyə hazır olduqlarını bəyan ediblər.

Gunaz.tv

Bu barədə "Sky News" İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi hərbi komandanlıq qərargahının nümayəndəsi Ebrahim Zülfüqariyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrailin İranın "Cənubi Pars" qaz yatağına zərbə endirməsi ciddi səhv olub.

"Əgər İranın enerji obyektləri yenidən hədəfə alınarsa, sizin və müttəfiqlərinizin enerji infrastrukturuna növbəti hücumlar onlar, tamamilə məhv edilənə qədər dayanmayacaq. Bizim cavabımız dünənki hücumlardan qat-qat sərt olacaq", - o deyib.

Qeyd edək ki, martın 18-də ABŞ və İsrail qoşunları İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, eləcə də hazırda dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars" qaz yatağının obyektlərinə zərbələr endirib.

Buna cavab olaraq dünən axşam İran qonşu Qətərdəki əsas enerji obyektinə hücum edib, bu gün səhər isə İsrailin İranın qaz yataqlarına hücumuna cavab olaraq BƏƏ, Küveyt və Səudiyyə Ərəbistanına da zərbələr endirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar