SON XƏBƏRLƏR

Tramp: İranda məqsədlərimizə çatmağa çox yaxınıq

2026.03.21, 10:14
Tramp: İranda məqsədlərimizə çatmağa çox yaxınıq

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranda məqsədlərinə çatmağa yaxın olduğunu bildirib.

Gunaz.tv

Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

"Yaxın Şərqdə İranın terrorçu rejiminə qarşı əsas hərbi səylərimizi azaltmağı düşündüyümüz üçün məqsədlərimizə çatmağa çox yaxınıq", - Tramp yazıb.

Tramp o cümlədən İran təhdidi aradan qaldırıldıqdan sonra ABŞ-ın Hörmüz boğazını qorumaq və nəzarət etmək niyyətində olmadığını bildirib.

"Hörmüz boğazında təhlükəsizlik, lazım gələrsə, ondan istifadə edən digər ölkələr tərəfindən təmin edilməli və nəzarət edilməlidir. ABŞ bunu etmir! Xahiş olunarsa, biz həmin ölkələrə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi səylərində kömək edəcəyik. Lakin İran təhdidi aradan qaldırıldıqdan sonra bu, zəruri olmamalıdır", - dövlət başçısı əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar