SON XƏBƏRLƏR

İranın iki şəhərində enerji infrastrukturları vuruldu

2026.03.24, 11:46
İranın iki şəhərində enerji infrastrukturları vuruldu

ABŞ-İsrail qüvvələri İranın İsfahan əyalətində və Xürrəmşəhr şəhərində enerji ilə əlaqəli obyektləri hədəf alıb.

Gunaz.tv

Bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, İsfahanda təbii qaz idarəsi binasına və qaz təzyiqini azaltma stansiyasına zərbə endirilib. Obyektlərin bəzi hissələrinə və yaxınlıqdakı evlərə ziyan dəyib.

Xürrəmşəhrdə elektrik stansiyasına məxsus təbii qaz boru kəməri hədəf alınıb. Raketlərdən biri təbii qaz boru kəməri stansiyasının xaricindəki əraziyə düşüb.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna və elektrik stansiyalarına hərbi zərbələri 5 günlük müddətə təxirə salıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar