SON XƏBƏRLƏR

Şahidlər: İraqdan gələn qüvvələr Bəndər-Abbasda SEPAH-a aid yaşayış binalarında yerləşdirilib

2026.03.29, 14:08
Şahidlər: İraqdan gələn qüvvələr Bəndər-Abbasda SEPAH-a aid yaşayış binalarında yerləşdirilib

Şahidlərin verdiyi məlumata görə, İraqdan gələn qüvvələr Bəndər Abbas şəhərində SEPAH şəxsi heyətinin istifadə etdiyi yaşayış binalarında yerləşdirilib.

Gunaz.tv

Məlumat, bir gün əvvəl İran şəhərlərində, xüsusilə Xürrəmşəhrdə İraq qüvvələrinin küçələrdə parad keçirdiyini göstərən çoxsaylı görüntülərin yayılmasından sonra ortaya çıxıb. Həmin görüntülərdə "Toyota Hilux" avtomobillərində hərəkət edən və İraq bayraqları daşıyan şəxslərin şəhərdə dolaşdığı görülüb.

İranın dəstəklədiyi Haşd əş-Şəəbi qruplaşması isə son həftə ərzində İraqda daha intensiv hücumlara məruz qalır.

Xatırladaq ki, bu qruplaşma yanvar ayında İranda baş verən repressiya əməliyyatlarında iştirak etməkdə də ittiham olunub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar