SON XƏBƏRLƏR

Xuzistan Polad Şirkəti: zərbələrdən sonra təmir bir ilə qədər çəkə bilər

2026.04.02, 12:08
Xuzistan Polad Şirkəti: zərbələrdən sonra təmir bir ilə qədər çəkə bilər

Xuzistan Polad Şirkəti bildirib ki, son hücumlardan sonra zədələnmiş obyektlərin bərpası 6 aydan 1 ilə qədər davam edə bilər.

Gunaz.tv

Şirkətin əməliyyatlar üzrə müavini Mehran Pakbin qeyd edib ki, Əhvaz şəhərində yerləşən kompleksdə bütün modullar və poladəritmə sobaları zədələnib.

Xatırladaq ki, ötən həftə Amerika və İsrailin zərbələrinin ölkənin ən böyük iki polad istehsalçı müəssisəsini — Mübarəkiyyə və Xuzistan Polad Şirkətlərini hədəfə aldığı bildirilmişdi.

Pakbin əlavə edib ki, istehsal qurğularının yenidən işə salınması ən azı 6 ay, maksimum isə 1 il vaxt aparacaq və şirkət bərpa işlərini yerli mütəxəssislərin imkanları ilə həyata keçirməyi planlaşdırır.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar