SON XƏBƏRLƏR

Xuzistanda sərhəd-keçid məntəqəsi vurulub

2026.04.04, 13:04
Xuzistanda sərhəd-keçid məntəqəsi vurulub

Xuzistanda yerləşən mühüm sərhəd terminalının hədəf alındığı bildirilib.

Gunaz.tv

Vilayət təhlükəsizlik rəsmisinin sözlərinə görə, sərhəd keçidlərinə yaxın ərazilərdə bir neçə partlayış qeydə alınıb.

Xuzistan vilayətinin təhlükəsizlik üzrə qubernator müavini bildirib ki, Xürrəmşəhrdə yerləşən Şalamçeh keçid məntəqəsi vurulub. Daha əvvəl isə İranı İraqla birləşdirən digər əsas keçid olan Mehran bölgəsində də partlayışlar barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Şalamçeh və Mehran İran ilə İraq arasında əsas tranzit marşrutları sayılır və ticarət, eləcə də sərhədlərarası hərəkət üçün geniş istifadə olunur.

Xatırladaq ki, son günlər Haşdi Şabi qüvvələrinin İran ərazisində görünməsi vətəndaşlar arasında diqqət çəkib. Bu qruplar daha əvvəl yanvar ayında ölkə üzrə keçirilən etirazların yatırılmasında iştirak etməkdə ittiham olunmuşdu.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar