SON XƏBƏRLƏR

ABŞ ultimatumu üçün geri sayım başladı

2026.04.05, 07:38
ABŞ ultimatumu üçün geri sayım başladı

Trampın son xəbərdarlığı: zaman tükənir, İran geri çəkilməsə nə olacaq?

Gunaz.tv

ABŞ tərəfindən müəyyən edilən müddətin başa çatmasına az qaldığı bir vaxtda, Donald Trampın İrana verdiyi ultimatumun bitməsinə cəmi təxminən 33 saat qalıb.

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı mesajda İrana yenidən xəbərdarlıq edərək bildirib ki, Hörmüz boğazının açılması üçün vaxt sürətlə tükənir və əks halda sərt cavab veriləcək.

Zaman hesablamalarına əsasən, bu müddət bazar ertəsi 6 aprel saat 14:00 UTC, yəni 17 fərvərdin saat 17:30 Tehran vaxtı başa çatacaq.

Tramp paylaşımında yazıb: «Unutmayın ki, İrana razılaşma əldə etmək və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt vermişdim. Zaman tükənir – 48 saat qalıb və sonra onların başına cəhənnəm yağacaq.»

Bu xəbərdarlıq, Hörmüz boğazının hələ də İranın əməliyyat nəzarəti altında olduğu və gəmilərin yalnız məhdud şəkildə, birbaşa Tehranla koordinasiya ilə keçid etdiyi bir vaxtda səsləndirilib.

Buna cavab olaraq, İran rəsmiləri bu təhdidi rədd edib və öz siyasətlərində heç bir dəyişiklik etməyəcəklərini bildiriblər.

Eyni zamanda, İranın enerji infrastrukturlarına qarşı hücumların daha da güclənməsi ehtimalının artdığı qeyd olunur.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar