SON XƏBƏRLƏR

Hindistan 7 ildən sonra İrandan neft idxalını bərpa etdi

2026.04.05, 15:47
Hindistan 7 ildən sonra İrandan neft idxalını bərpa etdi

Gunaz.tv

Hindistan Yaxın Şərqdə yaranan böhran fonunda İrandan neft alışını yenidən bərpa edib.

Hindistanın Təbii Resurslar Nazirliyi “X” sosial şəbəkəsində yaydığı açıqlamada bu barədə məlumat verib.

Bildirilir ki, neft tədarükü ödənişlərdə problem olmadan həyata keçirilib.

Məlumata görə, Hindistanın neft emalı zavodları Yaxın Şərqdə tədarük problemləri səbəbindən, o cümlədən İrandan gətirilən xam neftlə təmin olunub.

Qeyd edək ki, Hindistanın İranla neft idxalı əlaqələri 2019-cu ildə ABŞ sanksiyaları səbəbindən dayandırılmışdı və bu müddət ərzində Hindistan İrandan neft almırdı.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar