SON XƏBƏRLƏR

İran parlamentinin spikeri Hizbullaha hücumlara qarşı "sərt cavablar" barədə xəbərdarlıq edib

2026.04.09, 16:10
İran parlamentinin spikeri Hizbullaha hücumlara qarşı "sərt cavablar" barədə xəbərdarlıq edib

İran parlamentinin spikeri X-da İsrailin Livanda Hizbullaha qarşı davam edən hücumlarının "GÜCLÜ cavaba" səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Gunaz.tv

Digər İran rəsmiləri kimi, Məhəmməd Bağır Qalibaf da iki həftəlik atəşkəsə Livanın da daxil olduğunu desə də bu həm İsrail, həm də ABŞ tərəfindən inkar edilib.

O yazıb: "Atəşkəsin pozulması açıq və güclü cavaba səbəb olacaq. Atəşi dərhal dayandırın."

Qeyd edək ki, Qalibaf bu həftə sonu Pakistanın paytaxtı İslamabadda danışıqlar üçün ABŞ-ın vitse-prezidenti JD Vens ilə görüşə biləcək mümkün nümayəndə kimi təqdim olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar