SON XƏBƏRLƏR

İranda tikinti sektoru çökür: minlərlə işçi işsiz qalıb

2026.04.10, 20:30
İranda tikinti sektoru çökür: minlərlə işçi işsiz qalıb

İranda tikinti sektoru çökür: minlərlə işçi işsiz qalıb.

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, ILNA xəbər agentliyi müharibənin nəticələri ilə bağlı yaydığı hesabatda bildirib ki, tikinti sahəsində fəaliyyət göstərən çoxsaylı obyektlər bağlanıb və çoxlu sayda işçi faktiki olaraq işsiz qalıb.

Hesabatda qeyd olunur ki, tikinti sektorunda işin gündəlik qazanc əsasında qurulması səbəbindən fəaliyyətin hətta bir neçə gün dayanması belə işçi ailələrinin dolanışığını ciddi böhranla üz-üzə qoyur.

ILNA əlavə edib: “İşsizliklə yanaşı, sosial və maddi dəstəyin olmaması da bu təbəqəyə əlavə təzyiq yaradır.”

Məlumata görə, hazırkı şəraitdə tikinti işçiləri işsiz qaldıqları dövrlərdə heç bir dövlət dəstəyi, maddi yardım və ya güzəştlərdən yararlana bilmədikləri üçün ağır iqtisadi vəziyyətə düşüblər. Bu isə o halda baş verir ki, uzun illər işləyən bir çox tikinti işçisi belə sosial sığortadan məhrumdur.

Statistikaya əsasən, İranda tikinti sektorunda 1,5–1,7 milyon insan çalışır və onların təxminən yarısı sosial təminat sisteminə daxil deyil.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar